BMW şirkəti rəsmi olaraq yeni M5 sedanının CS indeksli xüsusi versiyasını təqdim edib. Məhdud sayda buraxılacaq eksklüziv modelin qiyməti 180.400 avro olacaqdır.
Yeni BMW M5 CS sedanı 635 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Beləliklə, ekstremal sedan M5 Competition modeli ilə müqayisədə 10 at qüvvəsi daha güclüdür. Güc aqreqatı 8-pilləli “avtomat” ilə tandemdə çalışır. Sedan 100 km/saat həddini üç saniyəyə toplayır. Eyni zamanda, ekstremal sedanın maksimal sürət həddi 305 km/saat təşkil edir.
Karbon lifi və möhkəmləndirilmiş plastikdən istifadə sayəsində avtomobilin çəkisi 70 kiloqram azaldılıb. Belə ki, sonuncu materialdan havalandırılan kapotun, ön splitterin, xarici güzgü gövdələrinin, həmçinin baqaj qapaqdakı spoylerin və arxa diffüzör hazırlanmasında istifadə olunur.
Bundan əlavə, M5 CS sedanı dörd çıxış borusu olan paslanmayan poladdan hazırlanmış idman buraxılış sistemi, standart qırmızı və ya opsional qızıl rəngə boyanmış supportları olan karbon-saxsıdan əyləc mexanizmləri ilə təchiz edilir.
Gözlənildiyi kimi, yeni BMW M5 CS modeli M5 CS loqosu və bürünc haşiyəsi olan qara radiator barmaqlığını və M8 Gran Coupe üslubunda sarı rəngli L şəkilli ön lazer optikasını alıb. Bundan başqa, ekstremal sedan bürünc rəngli 20-düymlük təkər diskləri ilə təchiz edir.
Yeni modelin əsas rəngi Brands Hatch Grey rəngidir. Bundan başqa ekstremal sedanı xüsusi mat Frozen Brands Hatch Grey və Frozen Deep Green çalarları ilə sifariş vermək olar.
Salonda qırmızı rəngli ziddiyyətli əlavələri və baş dayaqlarına həkk edilmiş Nürburgring trekinin sxemi olan qara Merino dərisi ilə örtülmüş ön M Carbon idman oturacaqlarını quraşdırılıb. Yeni M5 CS modelinin sükanı alkantara ilə üzlənib, yarış vurğuları olan yeni idman təhlükəsizlik kəmərləri və ön paneldəki işıqlandırılan CS loqosu quraşdırılıb.
BMW M5 CS modeli Almaniyada 2021-ci ilin yazında satışa çıxarılacaqdır. “Bərkgedən” sedanın ekstremal versiyasının minimal qiyməti 180.400 avro olacaqdır.