BMW markasının bütün müasir avtomobilləri bort elektronikasınl idarə etrmək üçün nəzərdə tutulmuş iDrive coystikləri ilə təchiz edilməyəcəklər. Multimedia sistemi üçün hazırlanmış BMW Operating System 8 əməliyyat sistemi, o cümlədən, kompakt modellərdə tətbiq edilən sensorlu idarəetmə üçün də tənizmlənib.
Əgər söhbət hər cəhətdən böyük avtomobildən gedirsə, onda model sensorlu ekrandan əlavə, multimedia ilə qarşılıqlı əlaqə yaratmaq üçün istifadə edilən fiziki manipulyatorla da təchiz olunacaqdır.
BMW i7
Yeni nəsil BMW 7 Series sedanı və onun elektrik versiyası olan BMW i7 modelinin təqdimatından sonra, jurnalistlərin diqqətini ön oturacaqlar arasındakı mərkəzi tuneldə yerləşən iDrive coystiki çəkib.
Bununla belə, bu yaxınlarda nəsil dəyişdirmiş BMW 2 Series Active Tourer kompaktveninin salonunda belə element yoxdur və olmayacaq da - çünki belə avtomobillər sürücünün sensorlu ekrandan rahat istifadə etməsi üçün kifayət qədər kiçikdirlər.
BMW 2 Series Active Tourer
“Biz avtomobilin arxitekturasını və erqonomikasını nəzərə almalıyıq. Model yığcamdırsa və daxili məkan kiçikdirsə, o zaman sensorlu ekran sürücüyə kifayət qədər yaxındır və ondan istifadə etmək rahatdır. Lakin BMW 7 Series kimi modellərdə biz brendin avtomobillərində 20 illik istifadə tarixinə malik olan iDrive coystikinə sadiq qalacağıq”, - deyə BMW şirkətinin nümayəndəsi Ştefan Frik AutoExpress nəşrinə bildirib.
Onun sözlərinə görə, şirkət iDrive texnologiyasının inkişafı ilə yanaşı, sensorlu ekranların effektivliyinin və xüsusilə də BMW avtomobillərinin bort elektronikasının səslə idarə edilməsi imkanlarının artırılmasına diqqət yetirəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.