BMW şirkəti ilk elektrik “qran kupesi” olan i4 sedanını seriyaöncəsi prototipini təqdim edib. Concept i4 modelinin, Cenevrə avtosalonunda iri büdcəli filmlərin bəstəkarı Hans Zimmerin musiqisi altında təqdimatı nəzərdə tutulsa da, alman istehsalçısı koronavirus ucbatından prototipi onlayn şəkildə təqdim etməli olub.
Elektrokar haqqında məlumatın əksər hissəsi təqdimatdan öncə hissə-hissə açıqlandığını nəzərə alsaq, əsas sirr avtomobilin dizayn aspektləri olub. Gözlənildiyi kimi, BMW Concept i4 konsept avtomobilində olduğu kimi iri saxta radiator barmaqlığına sahib olub: tamamilə bağlı olan panelin arxasında radiator deyil, avtopilot sisteminin sensorları yerləşdirilib. Ön bamper də lazımsız hava kanallarından məhrum olub. Ümumilikdə sedan kupeyə oxşayır, lakin kiçik ölçülü yan güzgü-kameralar çətin ki seriyaya getsinlər.
Salondakı əsəs yenilik əyri formalı, sürücüyə tərəf istiqamətləndirilmiş, multimedia və virtual cihazlar panelini özündə cəmləyən iri displeydir.
Avtomobilin əvvəl səsləndirilmiş texniki xarakteristikaları təsdiqini tapıb. BMW Concept i4 modeli 530 at qüvvəli elektromotora və 80 kilovat-saatlıq batareyaya sahib olub. Elektrokar dolu batareya ilə 600 kilometr (WLTP) məsafə qət etmək iqtidarındadır. Eyni xarakteristikalara seriya modeli sahib olacaqdır. Prototpin seriya variant Avropa bazarında Tesla Model 3 ilə rəqabət aparacaqdır.
Qeyd etmək gərəkdir ki, Concept i4 ilə birlikdə alman istehsalçısının yeni loqotipi də debüt edib.