BMW şirkətinin baş dizayneri Adrian van Hoydonk hesab edir ki, Villa d'Esta zəriflik yarışmasında debüt edən Concept Touring Coupe konsepti seriyaya gedə bilər.

İdman universalı 50 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaq və onun qiyməti təxminən 250 min dollar olacaqıir. Avtomobilin əsasını 3,0-litrlik sıralı altısilindrli mühərriklə təchiz edilmiş BMW Z4 M40i rodsterinin əsasında inşa ediləcəkdir. Şutinq breyk mexaniki transmissiyanı alacaqdır. Əlbəttə ki, avtomatik transmissiya da təklif edilə bilər.

Mexaniki transmissiyalı Z4 rodsterinin top versiyasının peyda olacağı ilə bağlı söz-söhbətlər keçən il peyda olublar. İndi mexaniki ötürmələr qutusu yalnız dördsilindrli mühərriklə təchiz edilmiş avtomobillərdə, eləcə də qohum Toyota GR Supra modelində quraşdırılır. Bu, onun BMW assortimentinə əlavə edilməsi ilə bağlı texniki problemlərin olmamasına işarə edir.

BMWBlog nəşrinin məlumatına görə, mexaniki transmissiyalı Z4 M40i rodsterinin gələn il debüt edəcəyi gözlənilir. Daha sonra isə, mexaniki qutu Concept Touring Coupe konseptinin seriya versiyasında peyda olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Klassik nisbətlərə və nəhəng ön kuzov çıxışına malik olan üçqapılı universal keçən həftə sonu keçilirmiş Concorso d'Eleganza Villa d'Este zəriflik müsabiqəsi çərçivəsində debüt edib. Onun xarakterik xüsusiyyətləri Sparkling Lario kuzov rəngi, Poltrona Frau dərisi ilə üzlənmiş salon və baqaj örtükləri, eləcə də öndə 20 düymlük,  arxada isə 21 düymlük təkər diskləridir.

Prototipin adı 1940-cı ildə Mille Miglia yarışının qalibi olmuş BMW 328 Touring Coupe modelinə işarədir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.