Bu gün internet şəbəkəsində BMW şirkətinin yeni konsepti olan Concept Z4 rodsterinin şəkilləri peyda olub. Xatırladaq ki, yeni konseptin kütləvi təqdimat mərasimi, 17 avqust tarixində, Pebble Beach Concours d’Elegnace zəriflik müsabiqəsi çərçivəsində keçiriləcəkdir.

Konseptin fotoşəkillərini BimmerFile saytı dərc edib. Bununla belə, konsept haqqında heç bir texniki məlumat verilməyib. Alman konserninin şef-dizayneri Ədrian van Hoydonkun sözlərinə görə, konsept alman markasının dizayn üslubunun yeni istiqamətini nümayiş etdirir.

Yeni nəsil BMW Z4 rodsteri Toyota şirkəti ilə birlikdə hazırlanıb. 2013-cü ildə tərəflər yanacaq elementləri ilə çalışan güc aqreqatlarının, orta ölçülü idman avtomobilləri üçün platformanın, yüngül kompozit materialların və yeni növ akkumulyatorların yaradılması üzərində birgə çalışmaq barədə razılığa gəlmişdirlər. 

Konseptin seriya variantı BMW tərəfindən hazırlanmış güc aqreqatları və elektronikaya, Toyota tərəfindən hazırlanmış asqı və əyləc sistemi də daxil olmaqla şassi elementlərinə sahib olacaqdır.  Toyota brendi altında buraxılacaq seriya sportkarının isə Supra adlandırılacağı ehtimal olunur.

BMW və Toyota sportkarlarının buraxılışı ilə Magna şirkəti məşğul olacaqdır.

Avtomobiilərin istehsalına 2018-ci ildə Magna şirkətinin Avstriyadakı zavodunda başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt