Bu sözləri BMW qrupunun baş dizayneri Adrian van Hoydonk deyib. Çox güman ki, söhbət daha lakonik və sadə tərtibatdan gedir. Həmçinin, alman istehsalçısı çoxlu tənqidlərə məruz qalan bəzi dizayn həllərinə yenidən baxa bilər – məsələn, radiator barmaqlığının nəhəng “burun dəlikləri” və ya nazik ikimərtəbəli ön fənərlər.
Van Hoydonk BMW rəhbərliyinin yeni modellərin dizaynı ilə bağlı müzakirələri izlədiyini bildirib. Beləliklə, çoxlarının bəyənmədiyi dizayn elementlərinin tarixin arxivinə göndərilməsi mümkündür. Dizayner BMW şirkətini öz tarixi boyunca radiator barmaqlığının forması ilə kifayət qədər təcrübə apardığını bildirib - avtomobillərdə həm nazik şaquli “burun dəlikləri”, həm də enli üfüqi olanları tətbiq edilib. Artıq alman brendi istədiyini etməkdə sərbəstdir.
“Düşünürəm ki, gələcək dizayn üslubumuzun “daha təmiz” olması vacibdir. Biz radiator barmaqlığını avtomobilin nisbətlərinə və ya vermək istədiyimiz təbirə uyğun olaraq dizayn edəcəyik”, - deyə van Hoydonk bildirib.
Dizayn ətrafındakı mübahisələrə baxmayaraq, BMW ciddi satış nəticələri əldə edib: 2022-ci ildə Bavariya istehsalçısı dünya üzrə 2,1 milyon avtomobil satıb ki, onlardan 177 mindən çoxu M modelləridir. Ümumi göstərici 2021-ci ildəkindən bir qədər az olsa da, “bərkgedən” BMW avtomobillərinə olan tələbat 8,4% artıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.