Bavariya brendinin sosial şəbəkələrdəki hesablarında hardkor M3 CS universalının kamuflyajlı prototipinin Nürburqrinqdə çəkilmiş şəkilləri dərc edilib. Bunun BMW M3 CS Touring olduğuna dair heç bir yazı olmasa da, hardkor versiyaya xas olan bamper və ön splitter buna işarə edir. Bundan əlavə, M3 ailəsi artıq formalaşıb və kuzov dəstlərindən başqa heç bir xarici işləmələr gözlənilmir. Çox güman ki, texnologiya baxımından universal eyniadlı sedanla unifikasiya ediləcək, yəni onun mühərrikinin gücü 550 at qüvvəsinə qədər artırılacaq.

Şəkillərdən göründüyü kimi, BMW M3 CS Touring universalının ön hissəsi eyniadlı sedanının tərtibatını dəqiq şəkildə təkrarlayır. Tənzimləmələrdəki fərqin ciddi olacağı ehtimalı çox azdır: universalın sazlamalarında onun yükgötürmə qabiliyyəti də nəzərə alınacaq. Mətbuat xidməti şəkilləri #TheUltimateOneCarSolution heşteqi ilə müşayiət edərək buna eyham vurub: yəni, ailədə bir avtomobil hər sahədə ideal ola bilər.

Həmçinin gücü artırılmış 3,0-litrlik altısilindrli biturbo mühərriki (550 at qüvvəsi, 650 Nm), yenidən sazlanmış 8-pilləli avtomatik transmissiyanı və aktiv arxa differensialı olan tam ötürmə sistemini də gözləmək gərəkdir. Ancaq ciddi “pəhriz” olmayacaq, çünki hətta BMW M3 CS sedanı cəmi 20 kiloqram "arıqlayıb". Bununla belə, digər asqı komponentlərinin və əlavə dayaqların quraşdırılacağı gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt

BMW M3 CS sedanı iki il əvvəl orijinal modeldən demək olar ki, 1,5 dəfə baha satılırdı, ona görə də hardkor universalın alıcıları ən azı 50 min avro artıq ödəməyə hazır olmalıdırlar. Xatırladaq ki, CS versiyaları vaxtla məhdudlaşan tirajlarla buraxılırlar, odur ki, onlar kolleksiya dəyəri böyük əhəmiyyət kəsb etməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.