BMW 3 Series modeli ilk dəfə olaraq tam elektrik modifikasiyasına sahib olub. Doğrudur, G28 indeksinə malik olan elektrik sedanı hələlik Çində təqdim edilib: elektrik modifikasiyası Səma İmperatorluğunda satılan uzunbazlı sedanın əsasında hazırlanıb. Qalan dünya üçün bu təqdimatın əhəmiyyəti ondan ibarətdir ki, elektrik sedanı qlobal 3 Series ailəsinin gələcək reystalinqi barədə təsəvvür yaradır.

BMW i3 elektrik sedanı barədə müəyyən məlumatı Çinin Sənaye və informasiya nazirliyi hələ keçən il, adi sertifikatlaşdırma işləri zamanı açıqlamışdı, indi isə əlavə detallar və şəkillər peyda olub. Beləliklə, elektromobilin uzunluğu 4872 millimetr, eni - 1846 millimetr, hündürlüyü isə  1481 millimetrdir. Elektrik sedanın oxlar arasındakı məsafə 2966 millimetdir. Elektrokarın baqaj bölməsi benzin analoqu ilə müqayisədə 70 litr azalaraq 410 litrəı bərabər olub. 

“Radiator barmaqlığının” bağlı panelləri və orijinal bamperlər BMW i3 modelinin seçilən cəhətləri olaraq qalacaqlar. Lakin alt hissəsindəki çıxıntını itirmiş yeni ön fənərlər isə, sadəcə olaraq, restaylinq edilmiş modelin əlamətidir. 

Ən böyük dəyişikliklər salonda baş verib: BMW i3 modeli qlobal BMW i4 liftbeki ilə eyni ön panelə malikdir. Vahid şüşənin altında günəşlikləri olmayan iki ekran var. Virtual cihazılar paneli 12,3-düymlük, media sisteminin sensorlu ekranı isə 14,9-düymlükdür. Klimat-kontrolun idarəetmə panelindən tamamilə imtina edilib: indi havalandırma sisteminə nəzarət multimedia sisteminə tapşırılıb.

Yeni, artıq səkkizinci nəsldən plan iDrive sisteminin özü bulud xidmətləri ilə işləmək üçün təkmilləşdirlmiş funksionallığa malikdir. Transmissiyanın tam ölçülü idarəetmə coystiki miniatür selektor əvəzləyib. İlkin məlumata görə, restaylinqdən sonra bütün bunlar 3 Series ailəsinin bütün modifikasiyalarında tətbiq ediləcəkdir.

Çində satılan elektrik sedanı yeganə i3 eDrive35L modifikasiyasında təklif ediləcəkdir. Arxa oxu hərəkətə gətirən yeganə elektrik mühərriiki 286 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. 70,3 kilovat-saatlıq (66,1 kilovat-saatı əlçatandır) dartma batareyası 95 kilovatlıq yüklənməni dəstəkləyir və CLTC dövrünə əsasən 526 kilometr qət etməyə imkan verir. BMW i3 sedanı 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənir. Maksimal sürət 180 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW i3 eDrive35L modelini istehsalı BMW Brilliance Automotive birgə müəssisədə təşkil ediləcəkdir. Hazırda burada iX3 elektrik krossoveri yığılır. Elektrik sedanının Çindəki satışlarına bu ilin may ayında başlanmalıdır. Elektrokarın qiyməti 55 min dollardan başlayacaqdır.

BMW 3 Series sedanının yenilənmiş versiyasının təqdimatı bu ilin ikinci yarısında baş tutmalıdır. Qlobal ailədə tam elektrik versiyası da peyda olacaqdır və heç nə onu i3 adlandırmağa mane ola bilməz, çünki eyniadlı yığcam hetçbekin Leypsiqdəki zavoddakı istehsalına iyul ayında son veriləcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.v