BMW markasının ilk seriya elektromobili olan i3 modeli yaxın zamanda təqaüdə göndəriləcəkdir. Modelin Leypsiq şəhərində yerləşən zavoddakı buraxılışına bu ilin iyul ayında son veriləcəkdir. “Yaşıl” hetçbek artıq 10 ildir ki buraxılır və bu müddət ərizndə dünya üzrə 250 min nüsxəlik tirajla satılıb. BMW i3 modelinin iki varisi olacaqdır - X1 krossoverinin iX1 indeksli elektrik versiyası və debütü 2023-cü ildə gözlənilən ikinci nəsil Mini Electric elektrokarı.
Gözləntilərin əksinə olaraq, BMW şirkəti i3 modelini istefaya göndərilməsi prosesini uzatmayıb: əvvəllər elektrik hetçbekinin 2024-cü ilə qədər buraxılacağı ehtimal olunsa da, alman markasının nümayəndələrinə istinad edən “Autocar” nəşri “yaşıl” hetçbekin istehsalının cari ilin iyul ayında başa çatacağını bildirib. Leypsiqdəki zavod isə, üçüncü nəsil Mini Countryman modelinin buraxılışı ilə məşğul olacaqdır. Yeni model 2022-ci ilin ikinci yarısında konveyerə çıxacağl gözlənilir.
Xatırladaq ki, BMW i3 modeli 170 at qüvvəli elektrik mühərriki və 42,2 kilovat-saatlıq batareya ilə təchiz edilir. Avropada hetçbekin daha güclü 184 at qüvvəli mühərriklə təchiz olunmuş versiyası da satılır. Birinci halda 100 km/saat həddinə sürətlənmə 7,2, ikinci halda isə 6,9 saniyə çəkir. Hetçbekin yürüş ehtiyatı 260-330 kilometr təşkil edir.
BMW i3 modelinin varisi sayılan iX1 krossoverinə gəldikədə isə, elektrokar üçüncü nəsil X1 modelinin elektrik versiyası olacaqdır. Lakin bu modeli bir neçə il gözləmək lazım gələcəkdir - onun Regensburqdakı istehsalına 2024-cü ildən əvvəl başlanılmalıdır.
Bu müddət ərizndə i3 hetçbekinin boşalmış yerini BMW və Great Wall şirkətlərinin birgə hazırladıqları Mini Electric elektrokarı tutacaqdır. Bu modelin buraxılışına gələn ilin əvvəlində Çjanzyaqandakı (Çin) zavodda başlanacaqdır.
Yeri gəlmişkən, BMW i3 adı tarixin arxivinə göndərilməyəcək və tamamilə başqa modelə qismət olacaqdır. Bu ad BMW 3 Series sedanının elektrik versiyasına veriləcəkdir. Lakin i3 sedanı qlobal model olmayacaq və yalnız Çin bazarında satılacaqdır.