BMW şirkəti özünün ilk elektrik avtomobili olan i3 hetçbekinin istehsalına son verib. BMW i3 modeli səkkiz il ərzində Leypsiqdəki zavodda yığılıb və 250 minlik tirajla istehal edilib. Beləliklə, i3 modelini premium seqmentindəki batareyalı yığcam avtomobillər arasında ən uğurlu model hesab etmək olar. Elektrik hetçbeki 74 ölkədə satılıb və indi onun tirajı 10 nüsxədən ibarət olan HomeRun Edition adlı “vida” versiyası buraxılıb.

BMW i3 modelini alman markasının “yaşıl” avtomobillər seqmentindəki pioneri adlandırmaq olar. Leypsiqdəki zavod i3 modelinin anadan olduğu yerdir və onun istefasından sonra da, bu müəssisə elektrik mobilliyinin mərkəzi olaraq qalacaqdır. Yaxın gələcəkdə bu zavodun konveyerindən yeni MINI Countryman modelinin batareyalı versiyası çıxmağa başlayacaqdır. Bununla yanaşı, zavod BMW elektromobilləri üçün komplektləşdiriciləri buraxmağa davam edəcəkdir.

BMW mütəxəssisləri i3 HomeRun Edition versiyası üçün, xüsusi olaraq, yeni çalarları hazırlayıblar - boz Frozen Dark Grey və qırmızı Frozen Red II. “Vida” versiyasının təchizatına 20-düymlük təkər diskləri, şüşə dam, adaptiv LED fənərlər və geniş çeşiddə elektron yardımçılar daxill edilib. Avtomobilin salonu əsl dəri ilə üzlənib. Avtomobilin gələcək sahibləri onun yığılma prosesini şəxsən müşahidə ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW i3 modeli Avropada 184 at qüvvəli elektrik mühərriki ilə təklif edilir. Elektrik hetçbeki 100 km/saat həddini 6,9 saniyəyə toplayır. Hetçbek dolu batareya ilə 330 kilmetr məsafə qət edə bilər. Bu göstəriciyə görə, i3 modeli yürüş məsafəsi 500 kilometrə çatan müasir elektromobillərdən geri qalır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.