İspaniyanın km.77.com nəşrinin jurnalistləri yeni BMW i4 elektrik liftbəkinin manevr qabiliyyətini sınaqdan keçirdikləri barədə hesabatı dərc ediblər. İspanlar “sığır testi” üçün alman liftbəkinin baza versiyasını - arxa oxda 340 at qüvvəli elektrik mühərriki olan BMW i4 eDrive40 versiyasını götürüblər. Kəskin yerdəyişmələr zamanı elektrokar izafi dönmə xüsusiyyətini nümayiş etdirərək rəqiblərinə uduzub.

Məlum olduğu kimi, 77 km/saat sürəti bu test üçün “keçid” qiyməti hesab olunur və jurnalistlər ilk cəhdi məhz bu sürətlə həyata keçməyə çalışıblar. Lakin onların ilk cəhdi uğursuz alınıb, çünki manevr zamanı elektrik liftbki bir neçə konusu vuraraq yıxıb. Elektrokarın sürücüsü liftbəkin izafi dönmə xüsusiyyətinə malik olduğunu qeyd edib. Uğrsuzluğun əsas səbəbkarı məhz bu  xüsusiyyətdir.

Növbəti cəhdlər zamanı mütəxəssislər müxtəlif hərəkət rejimlərini seçiblər, lakin elektromobilin əldə etdiyi ən uğurlu nəticə 73 km/saat olub. Bütün digər sınaqlar zamanı i4 istənilən halda konusları vuraraq yıxıb. “Sığır testinin” nəticələrinə əsasən, ekspertlər elektromobilin kifayət qədər yumşaq asqısını və sükanın hərəkətlərinə “məqbul” reaksiyasını qeyd ediblər. Bununla belə, jurnalistlər Tesla Model 3 və Model Y elektrokarlarının yerdəyişmələri daha dəqiq yerinə yetirdiyini bildiriblər. Hər iki amerikan elektromobilinin nəticəsi 80 km/saatın üzərində olub.

Yanvarın sonunda jurnalistlər Mercedes-Benz EQS 580 4Matic+ elektrokarının manevr qabiliyyətini sınaqdan keçiriblər. Elektrokarın göstərdiyi ən yaxşı nəticə 72 km/saat olub.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.