Kupeyə bənzəyən BMW i4 sedanının istehsalına 2021-ci ildə Münhendə başlanacaqdır: əvvəlcə elektromobil güclü versiyalarda təqdim ediləcək, daha sonra isə, ən əlşatan modifikasiya ortaya çıxacaqdır.
BimmerPost forumunun istifadəçiləri Bavayera markasının daxilindəki mənbələrindən 2021-ci ilin noyabrında BMW i4 sedanının iki güclü versiyada bazara çıxacağı barədə məlumat alıblar: i440 və i4 M50 xDrive. Birinci variant yalnız arxa ötürməli, ikinci isə iki elektrik mühərriki ilə təchiz ediləcək və M Performance aksesuarlarına sahib olacaqdır.
Bu modifikasiyanın təchizatına adaptiv amortizatorlar, güclü əyləclər və aerodinamik elementlər daxil olacaqdır. Daha sonra, i435 indeksli daha əlçatan versiya təklif ediləcəkdir. Bununla belə, bu modifikasiya barədə heç bir texniki məlumat yoxdur. BMW i4 model xəttinin flaqmanı M4 modelindən daha az güclü olacaq BMW i4 M versiyası olacaqdır.
BMW markasının ilk elektrik M-modeli də gələn il debüt edəcəkdir, lakin gözləntilərin əksinə olaraq, "adi" i4 ilə müqayisədə o qədər də güclü olmayacaqdır. BMW i4 M modeli standart sedandan daha idman tərtibatı və təkmilləşdirilmiş dinamikası ilə fərqlənəcəkdir.
Doğrudur, M indeksi olan "tam hüquqlu" elektromobilin təqdimatından öncə, Bavariya mühəndisləri bir çox problemi həll etməlidirlər. Bunlardan biri, məsələn, batareyaların kütləsi və buraxılış sisteminin səsinin olmamasıdır. Bundan əvvəl, 2021-ci ilin iyul ayında 4 Series Gran Coupe modelinin istehsalına başlanacaqdır.