Bu gün BMW şirkətinin mətbuat xidməti i4 modelinin son tizerini dərc edib. Xidmətin verdiyi məlumatda elektrokarın debütünün planlaşdırıldığı vaxtda keçiriləcəyi bildirilir. Beləlilə, BMW i4 modelinin təqdimatı sabah onlayn şəkildə həyata keçiriləcəkdir. Təqdimatı alman istehsalçısının direktorlar şurasının sədri Oliver Zipse aparacaqdır.
Yeni BMW i4 modeli markanın «dördqapılı Gran Coupe» seqmentindəki ilk modeli olacaqdır - onun istehsalına 2021-ci ildə Münhendəki zavodda başlanacaqdır. Sedan, elektrik ötürməsinin əsas komponentlərini vahid korpusda yerləşdirməyə imkan verən beşinci nəsil BMW eDrive texnologiyasını və 80 kilovat-saatlıq batareyanı əldə edəcəkdir. Güc qurğusunun hasilatı 530 at qüvvəsi olacaqdır. BMW i4 modeli 100 km/saat həddinə dörd saniyəyə sürətlənəcək və onun maksimal sürəti isə 200 km/saatın üzərində olacaqdır.
150 kilovatlıq elektrik yükləmə terminalından BMW i4 modelinin batareyasının 80 faizini 35 dəqiqəyə doldurmaq mümkün olacaqdır. Sedanın inşa ediləcəyi modul platforması onu bir neçə növ güc aqreqatı ilə təchiz etmək imkanı da verəcəkdir. WLTP rejimində sedanın 600 km yaxın məsafə qət edəcəyi söylənilir.
BMW i4 modelinin inşa edildiyi modul platforması, onu bir neçə variantda güc qurğusu ilə təchiz etməyə imkan verəcəkdir. Eyni zamanda, elektrokar üçüncü və dördüncü seriyadan olan BMW modelləri ilə unifikasiya ediləcəkdir.