Bu gün internet şəbəkəsində BMW şirkətinin yeni modelinin patent təsvirləri yayılmışdır. Bu model i-xəttinin yeni üzvü olacaqdır. Alman istehsalçı yeni modelin dizaynını Yaponiyada qeydiyyata almışdır. Təsvirləri Auto Guide saytı dərc etmişdir.

Təsvirlərdən də göründüyü kimi, yeni modelin qabaq hissəsinin dizaynı BMW i8 modelinin dizayn üslubunda həll edilmişdir. Bundan başqa, yeni modelin arxa dirəyi hibrid sportkarın üslubunda tərtib edilmişdir. Təsvirlərdən də göründüyü kimi, avtomobilin arxa hissəsinin dizaynı i3 modelini xatırladır və onun arxa qapıları hərəkətin əksi istiqamətinə açılır. Yeni modelin texniki xarakteristikaları və təqdimat tarixi barədə heç bir məlumat əldə edilməmişdir. Bir müddət bundan əvvəl alman istehsalçısının ekoloji model xəttinin 2021-ci ildə genişlənəcəyi bildirilmişdir.

Yüngül platformada yığılacaq avtomobil tamamilə yeni interyer, avtonom idarəetmə sistemi və şirkətin daxilində BMW iNEXT adlanan müasir rəqəmsal texnologiyalar ilə təchiz ediləcəkdir. Yeni model haqqında məlumat yayılandan sonra alman şirkətinin rəhbərliyinin i-bölümünün fəaliyyət istiqamətini dəyişdiyi məlum olmuşdur.

Elektromobil və hibridlərin işlənib-hazırlanması əvəzinə bölmə avtonom idarəetmə sistemləri üzərində çalışacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt