BMW şirkəti özünün ən güclü və ən sürətli elektromobilini təqdim edib. i7 M70 xDrive sedanı BMW M tərəfindən hazırlanıb. O, 0-dan 100 km/saata 3,7 saniyəyə sürətlənir və dolu batareya ilə 500 kilometrdən çox məsafə qət edə bilər. Sedan standart təchizatına avtomatik tənzimlənmə funksiyası olan pnevmatik asqı, inteqral sükan idarəetməsi, elektromexaniki stabilizatorlar və M Sport əyləcləri daxildir.

Yeni BMW 7 Series modelinin çeşidində benzin və dizeldən tutmuş hibrid və elektrik güc qurğusu ilə hərəkətə gələn hər zövqə uyğun versiyalar var. Eyni zamanda, son vaxtlara qədər yalnız bir batareyalı variant var idi - xDrive60. İndi isə i7 M70 xDrive sedanı təqdim olunub. Bu, BMW M tərəfindən hazırlanan və alman markasının tarixindəki ən güclü BMW elektrokarıdır.

“Bərkgedən” sedanın iki elektrik mühərriki ümumilikdə 660 at qüvvəsi və 1100 Nm fırlanma anı hasil edir (dartma qüvvəsinin maksimun kəmiyyəti yalnız M Launch Control və ya M Sport Boost aktivləşdirildikdə, standart olaraq isə 1015 Nm əlçatandır). “Bərkgedən” i7 sedanı 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir (748 at qüvvəli XM Label Red modelindən daha sürətlidir). Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılıb.

Top sedan altıfazalı ikili inventoru olan beşinci nəsil eDrive arxa ötürmə sistemindən istifadə edir. Elektrik mühərrikinin gücün çəkiyə olan nisbəti bir kiloqrama 2,41 kilovatdır. Bu rəqəm i7 xDrive60 versiyasında olduğundan dörddə bir çoxdur. Dolu batareya ilə avtomobil 488 - 560 kilometr yol qət edir və bu məsafəni 15 - 25% artıran xüsusi Max Range hərəkət rejimi mövcuddur. Batareyanın faydalı tutumu 101,7 kilovat-saatdır.

BMW i7 M70 xDrive modelinin bütün mexatronikası xüsusi M-tənzimləmələrinə malikdir. Kuzovun ön tərəfi əlavə bir arakəsmə ilə gücləndirilib. Standart olaraq, sedan adaptiv amortizatorları olan pnevmatik asqı, arxa təkərin dönmə mexanizmi və yanaəyilmələrin qarşısının aktiv alınması sistemi ilə təchiz edilir. Standart əyləclər - böyük diametrli diskləri olan M Sport mexanizmləridir.

Bundan əlavə, M70 xDrive sedanı üçün Executive Lounge arxa oturacaqları, BMW Theatre displeyi, Bowers & Wilkins səs sistemi və yeni boyanma variantları var. Bunlara şəkillərdə göstərildiyi kimi, BMW Individual Liquid Copper/Saphire Black “metalliklərinin” birləşməsi və biokütlədən hazırlanmış Frozen seriyasından olan tutqun boyalar daxil olmaqla səkkiz ikirəngli kombinasiya daxildir.

Nəhayət, M70 xDrive sedanındakı media sistemi ilk dəfə olaraq OS 8.5 əməliyyat sistemi altında  işləyir. Bu, baş ekranının yeni dizaynı, tez-tez istifadə edilən funksiyalara yeyin girişi və smartfonlara bənzər menyusu olan BMW firma interfeyslərin ən son nəslidir. iDrive 8.5 sisteminin istifadəyə verilməsi ilə şirkət daha qısa yeniləmə buraxılışı dövrlərinə keçib, şarj stansiyaları barədə məlumatları yaxşılaşdırıb və xəritələr kimi onlayn xidmətləri optimallaşdırıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW i7 M70 xDrive modelinin satışına 2023-cü ilin ikinci rübündə başlanılacaqdır. M-sedanlar Almaniyanın Dinqolfinq şəhərindəki zavodda 7 Series modelinin digər variantları ilə birlikdə yığılacaqdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.