BMW şirkəti i7 elektrik sedanının daha bir tizerini dərc edib. Bu dəfə də əsas mövzu yenə də salonun arxa hissəsi, daha doğrusu, Sky Lounge panoram damıdır. Bu, əvvəlki kimi, yalnız tavanın əhəmiyyətli bir hissəsini tutan şüşə panel deyil, həm də avtomobil sahibinin zövqünə uyğun olaraq tənzimlənə bilən fon işıqlandırmasının bir elementidir.

BMW i7 elektrik sedanının opsiyaları arasında təkcə həndəsi naxışlı LED sapları olan Sky Lounge panoram damı deyil, həm də əyri Curved Display ekranlı OS 8.0 media kompleksi, quraşdırılmış idarəetmə düymələri və işıqlandırmalı Interaction Bar və 31-düymlük Theatre Screen ekranı da olacaqdır. Bütün bunlar sedanın interyerini onun bayraqdar statusuna uyğun olaraq ultra texnologiyalı etməlidir.

Xarici cəhətdən yeni 7 Series sedanı yenilənmiş X7 krossoverini təkrarlayacaqdır. Ön optika “ikimərtəbəli” olacaqdır: yuxarıda – gündüz hərəkət işıqları və kristal elementləri olan dönmə siqnalları, aşağıda isə, çox güman ki, matrisalı əsas modullar yerləşəcəkdir.

Adi sedanın mühərriklər çeşidinə, BMW X7 M60i xDrive modelində olduğu kimi, sıralı altısilindrli B58 benzin turbomühərriki , habelə 48 voltluq starter-generatoru və səkkizsilindrli S68 biturbomühərriki olan “mülayim” hibrid güc qurğusu daxil ediləcəkdir. Elektron köməkçilər siyahısında isə,üçüncü səviyyəli avtopilotun olacağı gözlənilir.

Şayiələrə görə, BMW i7 elektrik sedanı ən azı iki və hətta üç elektrik mühərriki ilə hərəkətə gələn iki modifikasiyaya sahib olacaqdır. Ən güclü elektromobilin güc qurğusunun hasilatı 650 at qüvvəsini keçməlidir. Yürüş ehtiyatı artıq rəsmi olaraq təsdiqlənib: Avropa WLTP dövrünə əsasən 580-610 kilometr (ABŞ-ın EPA dövrünə əsasən 305 mil (491 kilometr)).

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.