BMW şirkəti i7 elektrik sedanı üçün eksklüziv opsiya hazırlayıb: bütün bölünmüş ön optikanın yuxarı hissəsi tamamilə Swarovski kristalları ilə bəzədiləcəkdir. Kristallı fənərlərin necə hazırlandığını və quraşdırıldığını göstərmək üçün BMW şirkəti ayrıca videoçarxı yayımlayıb. Tərtibatçıların fikrincə, sahibi avtomobilə yaxınlaşanda “büllur” optika işıqlanan radiator barmaqlığı ilə birlikdə ona əsl “işıq şousu” bəxş edəcəkdir.

Batareyalı BMW i7 sedanını yeganə xDrive60 versiyasında təqdim edilib. Model iki elektrik mühərriki ilə təchiz edilir - bir mühərrik öndə, digəri isə arxada yerləşdirilir. Güc qurğusunun ümumi hasilatı 544 at qüvvəsidir. Eyni zamanda, 101,7 kilovat-saatlıq batareya elektromobilə enerji doldurmadan 625 kilometr məsafə qət etməyə imkan verir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.