Fiat şirkətinin keçmiş baş marketoloqu və italyan istehsalçısının sahibi sayılan Anyelli ailəsinin üvü olan Lapo Elkanna məxsus tüninq atelyesi BMW i8 hibrid sportkar;n;n modelinin xüsusi modifikasiyasını hazırlamışdır. Garage İtalia Customs mütəxəssisləri avtomobili BMW şirkətinin yerli nümayəndəsi ilə birlikdə, alman markasının Appenin yarmadasındakı fəaliyyətinin 50 illik yubileyinə həsr etmişdirlər. Futurism Edition adını almış avtomobilin eksteryeri italyan rəssamı Cakomo Ballanın 1909-cu ildə yaratdığı «Küçə fənəri» rəsmini xatırladan xüsusi örtülkə üzlənmişdir.Xatırladaq ki, bu rəsmin əsli Nyu-Yorkdakı Müasir incəsənət muzeyində nümayiş etdirilir.
Hibrid sportkar texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdır. O, həmişəki kimi, tərkibinə 231 at qüvvəsi gücü olan 1,5-litrlik üç silindirli turbomühərrikin, 131 at qüvvəli elektromotorun və litium-ion batareyalar dəstinin daxil olduğu hibrid güc qurğusu ilə hərəkətə gəlir.
Hibrid qurğu altı pilləli avtomatik sürətlər qutusu ilə birlikdə sportkarı 100 km/saat həddinə 4,4 saniyəyə sürətləndirir. BMW i8 modelinin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılmışdır. Təəssüflər olsun ki, BMW konserninin yerli nümayəndəsi i8 sportkarını rəsmi olaraq Azərbaycana gətirmir.
Bununla belə, bu ecazkar və güclü sportkara, nadir hallarda olsa da, Bakı küçələrində rast gəlmək mümkündür.