BMW şirkətinin Britaniya nümayəndəliyi hibrid i8 kupesinin rəng palitrasını genişləndirmək qərarına gəlmişdir. Bu məqsədlə nümyəndəlik xüsusi BMW Individual Exterior Pait Program adlı proqramı işə salmışdır. Artıq i8 sporkarını almaq arzusunda olan müştərilər eksklyüziv lak-boya örtüyündən birini seçmək imkanına malik olacaqdırlar. Bundan başqa, avtomobili qara rəngə boyanmış unikal Black W-Spoke təkər diskləri ilə də sifariş etmək mümkündür.
Bu proqram çərçivəsində BMW i8 sportkarı müxtəlif metallik rənglərdən əlavə, tutqun və yaxud «dondurulmuş» kuzov rənginə də boyana bilər. Əlavə olaraq, yeni proqrama Xirallic adlanan rənglər də daxildir ki, bu rəngə boyanmiş kuzov bərq vurmaq effektini əldə edir. Yeni rəng çalarlarının siyahısına Speed Yellow, Solar Orange, Java Green, Frozen Grey, San Marino Blue, Twilight Purple Pearl, Grigio Telesto və Frozen Black rəngləri daxildir.
Alman şirkətinin nümayəndələrinin bildirdiyinə görə, BMW Individual Exterior Paint Program sayəsində BMW i8 hibrid sportkarının sahibləri həqiqətən də nadir və eksklyuziv avtomobil əldə etmək şansına malik olacaqdırlar. Əfsuslar olsun ki, hələlik bu proqram ancaq Böyük Britaniyada tətbiq edilir. İstənilən halda azərbaycanlı alıcılar bu sportkarı əldə etmək şansından məhrumdurlar.