Müştərilərin arzusu ilə avtomobilləri fərdiləşdirməklə məşğul olan BMW İndividual Manufactory bölməsi 7-Series flaqmanının iki xüsusi modifikasiyasını hazırlamışdır. Onlardan birincisi Solitaire Edition, digəri isə Master Class Edition adını almışdır. Hər iki seriyadan olan avtomobillərin interyerləri Merino dərisi ilə örtülmüşdür ki, bu dəri növü də BMW avtomobilləri üçün nəzərdə tutulmuş dərilərdən ən kefiyyətlisidir. Bu dərinin hazırlanması zamanı iki üsuldan - təkrar aşılama və vakkumla qurutmadan istifadə edilir. Ən bahalı dəri aksessuarları hazırlamaq üçün istifadə edilən materallar da analoji üsulla hazırlanır.
Bundan əlavə, Solitaire Edition və Master Class Edition variantlarının salonunun tərtibatında alkantaradan (bu materialla tavan və baqaj bölümü örtülür), döşəmənin örtülməsində isə qoyun yunundan istifadə edilmişdir. Bütün materiallar Tartufo adlı rəngə boyanmışdırlar. Nadir sedanlar həmçinin, xüsusi variantların adları tikilən alkantaradan hazırlanmış yastıqlarla, modifikasiyanın adı həkk olunmuş gümüşlə örtülən lövhəciklərlə, salonun arxa hissəsindəki soyudulan boksla və avtomobilin açarlarının saxlanışlası üçün xüsusi hazırlanmış eksklyuziv qutu ilə təchiz edilir.
Xüsusi modifikasiyaların kuzovlarının boyadılması üçün BMW tərəfindən iki rəng seçilmişdir: qara Metallic Black Gold və ağ Metallic Solitaire White. Bu çalarları əldə etmək üçün alman istehsalçı, lak-boya örtüyünün sonuncu qatına xırda şüşə qəlpələri əlavə edir.
Təsdiq edilməmiş məlumatlara görə, altı ədəd buraxılması planlaşdırılan Solitaire Edition avtomobilləri ag rəngə və bir ədəd buraxılacaq Master Class Edition isə qara rəngə boyanacaqdır.
Hər iki xüsusi modifikasiya BMW 750Li xDrive flaqmanının bazasında hazırlanacaqdır. Bu avtomobillər 450 at qüvvəsi və 650 Nm fırlanma anına malik olan V8 mühərriki ilə hərəkətə gəlirlər.
Yerindən 100 km/saat həddinə qədər sürətlənməyə BMW 750Li xDrive modeli 4,7 saniyə sərf edir. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat səviyyəsində məhdudlaşdırılmışdır.