Bir müddət bundan əvvəl, BMW şirkətinin yeni rəhbərinin təqdim edildiyi mərasimdə, Bavariyalı istehsalçının iri olçülü X7 krossoverini ustehsal edəcəyi barədə məlumat verilmişdir. Bu günlərdə Automotive News nəşrinə müsahibə verən BMW şirkətinin marketinq və satışlar bölümünün rəhbəri Yen Robertson, krossoverin yeddi yerlik adi variantından savayı, dörd sərnişin üçün nəzərdə tutulmuş dəbdəbəli variantının da buraxılacağını təsdiq etmişdir. Onun bildirdiyinə görə, BMW X7 modelinin ən bahalı vatianrının satış qiyməti 100 min ABŞ dollarından yuxarı olacaq, lakin, 200 min dollar həddini aşmayacaqdır

.Robertsonun sözlərinə görə, avtomobilin istehsal ediləcəyi müddət ərzində onun dəbdəbəli variantının ümumi istehsalda payı bir faizdən çox olmayacaqdır.  Güman edilir ki, BMW X7 modelinin lüyks variantı təqdim edilməsi ehtimal edilən Mercedes-Maybach GLS-Class krossoverinin rəqibi olacaqdır. Lakin, Bavariya şirkətinin nümayəndəsi BMW-nin buna ehtiyac olmadığını və dəbdəbəli seqmentdə onlara məxsusı Rolls-Royce markasının olduğunu bildirmişdir.

Yen Robertson həmçinin, X7 modelinin istehsalında Rolls-Royce markasının ilk krossoveri olan Gullinnan üçün hazırladığı alüminium platformasından istifadə edilməyəcəyini açıqlamışdır.

Gözləninlərə görə, BMW X7 krossoveri istehsalçının bayraqdar modeli olan BMW 7-Series sedanı üçün istifadə edilən CLAR platformasında hazırlanacaq, eyni zamanda onunla mühərrik qammasını bölüşəcəkdir. Yeni ultra dəbdəbəli bayraqdarın hazırlanması barədə məlumatı da təsdiqləyən Robertson, yeni avtomobilin 8-ci və ya 9-cu seriya adlandırılacağı barədə məlumat verməkdən imtina etmiş, lakin «hazırlıq işlərinin tam sürətlə getdiyini» bildirmişdir.

İlkin məlumatlara görə, BMW X7 krossoveri 2018 və ya 2019-cu ildə işıq üzü görməlidir. Yeni modelin istehsalı Cənubi Karolina ştatının Spartanberq şəhərində təşkil ediləcəkdir.