2022-ci ilin yanvar ayında keçiriləcək Consumer Electronics Show (CES) sərgisində, BMW şirkəti qeyri-adi şou avtomobilini nümayiş etdirəcəkdir. Amerikan Motor1 saytının bildirdiyinə görə, şou avtomobili rəngini dəyişən kuzov panellərinə malik olacaqdır.

Bunu həyata keçirmək üçün bir düyməyə basmaq kifayət edəcəkdir. Bundan başqa, İstehlak elektronikası sərgisində (CES) iX elektrik krossoverinin “bərkgedən” iX M60 versiyası debüt etməlidir. Daha bir yüksək texnologiyalı yenilik “avtomobil teatrı” konsepti olmalıdır.

Gələcək təqdimatlar barədə məlumat azdır. Motor1 saytının bildirdiyinə görə, kuzov panelləri rənglərini bütün səth üzrə rəvan şəkildə dəyişəcəkdirlər. Bu funksiyanın iş prinsipi və şou avtomobilinin hansı rənglərə sahib olacağı, habelə xameleon-kuzovun BMW markasının seriya avtomobillərində tətbiq edilib-edilməyəcəyi məlum deyil: bavariyalılar sirrlərin bir hissəsini sərgidə açıqlayacaqdırlar.

CES sərgisində “batareyalı” iX krossoverinin M-versiyası da debüt edəcəkdir. BMW iX M60 modelinin 600 at qüvvəli güc qurğusu, tam ötürmə sistemi ilə təchiz ediləcəyi barədə şayiələr dolaşmaqdadır.  “Bərkgedən” elektrik krossoveri 100 km/saat həddini təxminən 4,0 saniyəyə toplamalıdır. İlkin məlumata görə, gələcək Rolls-Royce Spectre modeli məhz iX M60 modeli ilə unifikasiya ediləcəkdir.

BMW şirkəti CES sərgisi üçün daha bir sürpriz hazırlayıb – bu naməlum konsepti “avtomobil kinoteatrı” kimi səciyyələndirirlər, lakin onun haqqında heç bir məlumat verilməyib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.