İspaniyanın km77.com nəşrinin jurnalistləri BMW iX modelinin sınaqlarını həyata keçiriblər. Bu sınaqlar çərçivəsində elektrik krossoveri “sığır testindən” də iştirak edib. “Sığır testi” qəfil qarşıya çıxan maneəni ötüb-keçməyi nəzərdə tutur: test zamanı, avtomobil yola düzülmüş konusları vurub-yıxmadan ani yerdəyişmə etməlidir.

Elektrokar mürəkkəb tapşırığın öhdəsindən pis gəlməyib, lakin “əla” qiymətini də ala bilməyib. BMW iX elektrik krossoveri bu tapşırığın öhdəsindən 74 km/saat sürətilə gəlib - məlum olduğu kimi, keçid sürəti 77 km/saat sayılır.

İspan jurnalistlər sınaqlar üçün xDrive40 versiyasında olan BMW iX krossoverini götürüblər. Test-pilotlar ilkin olaraq yüksək sürət həddindən başlamaq qərarına gəliblər - 80 km/saat sürəti ilə həyata keçirilən cəhd uğursuz olub: ilk yerdəyişmədə elektrokarın arxa tərəfi sürüşərək konusu yıxıb, sürücü isə ikinci sektora daxil olmağa cəhd belə etməyib.

77 km/saat sürətilə keçirilən cəhd də krossoverin çatışmayan dönmə qabiliyyəti ucbatından baş tutmayıb. Ən uğurlu cəhd 74 km/saat həddində qeydə alınıb: iX modelinin əla qiymətin bir addımlığında dayansa da, onun göstərdiyi nəticə 2,5 ton ağırlığı və iki metr eni olan avtomobil üçün heç də pis nəticə sayılmır.

Jurnalistlər BMW iX modelinin dayanıqlığını və minimal yanaəyilmələrini, habelə sabitliyə nəzarət sisteminin (ESP) adekvat işini qeyd ediblər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.