Bu yenilənmə 2021-ci ildə debüt etmiş BMW elektrik krossoverinin ilk belə irimiqyaslı restaylinqidir. Yenilənmə zamanı onun eksteryer dizaynı korreksiya olunub, interyeri təkmilləşdirilib, elektrik mühərriklərinin gücü və yürüş ehtiyatı isə, artırılıb. Eyni zamanda, modifikasiyaların işarələnmələri də dəyişdirilib.
Yenilənmiş BMW iX cari ilin yazında satışa çıxarılacaq və onun əsas satış bazarları əvvəlki kimi ABŞ, Böyük Britaniya və Almaniya olacaq. Vətənində yenilənmiş modelin qiyməti 83,5 min avrodan başlayacaq ki, bu da yenilənmədən əvvəlki model üçün istəniləndən 6,2 min avro çoxdur.
Yenilənmiş iX krossoveri 4-cü seriya üslubunda şəhər rejimi olan təkmilləşdirilmiş optikanı və diaqonal xətləri olan radiator barmaqlığını əldə edib. Əlavə ödəniş müqabilində radiator barmaqlığını kontur işıqlandırması ilə təchiz etmək olar.
Bundan əlavə, 23-düymlük təkər diskləri (əvvəllər maksimum 22 düym idi) də peyda olub. Nəhayət, başlanğıc səviyyəli versiyalar üçün opsional M Sport və M Sport Pro idman paketləri də təklif olunur.
BMW iX modeli üç modifikasiyada təklif olunur. Əvvəllər iX xDrive40 kimi tanınan ilkin versiya iX xDrive45 olub ki, bu da aqreqatın gücünün 326 at qüvvəsi və 650 Nm fırlanma anından 408 at qüvvəsi və 700 Nm fırlanma anına qədər yüksəldilməsi ilə əlaqədardır.
Batareyanın tutumu 71-dən 94,8 kilovat/saata qədər artırılıb, Yürüş ehtiyatı da 425-dən 602 kilometrə (WLTP) qədər artıb. Əlavə güc sayəsində iX 100 km/saata bir saniyə daha yeyin – 5,1 saniyəyə sürətlənir. Maksimal sürət həddi artmayıb və əvvəlki kimi 200 km/saat həddində məhdudlaşdırılıb.
"Orta" BMW iX xDrive50 iX versiyası indi xDrive60 adlanır. Bu, ikimühərrikli versiyadır, onun hasilatı indi əvvəlki 523 əvəzinə 544 at qüvvəsi təşkil edir, fırlanma anı dəyişməyib - 765 Nm.
Yenilənmiş krossover 109,1 kilovat/saatlıq (əvvəllər 105 kilovat/saat) batareyaya malikdir və əvvəlki 630 kilometrə qarşı 701 kilometr məsafə qət edir.
Ən yüksək səviyyəli BMW iX M60 versiyası xDrive iX M70 xDrive adlanır. O, ümumi gücü 659 at qüvvəsi olan ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir, halbuki əvvəllər onun gücü 619 at qüvvəsi idi. Maksimum fırlanma anı 1100 Nm-dir, lakin bu, yalnız aktiv lonç-kontrol ilə əlçatandır.
Elektromobil 108,9 kilovat/saatlıq batareyaya malikdir və onun yürüş məsafəsi 34 kilometr artaraq 600 kilometrə çatıb. iX M70 xDrive 0-dan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 250 km/saat həddində məhdudlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.