BMW iX krossoveri aşağı tezlkikli Diamond Dome dinamikləri olan Bowers & Wilkins Diamond Surround Sound sistemi ilə təchiz edilən ilk elektromobildir. Diamond (almaz) və dome (günbəz) sözlərinin bu sistemin adında yanaşı olması heç də təsadüfi deyil: tviterlərin qübbələri həqiqətən də almazdan (süni olsa da) hazırlanır və qoruyucu platin təbəqəsi ilə örtülür.
Eyni texnologiyadan, Londonda fəaliyyət göstərən Abbey Road Studios səsyazma studiyasındakı B & W 800 seriyasından olan döşəməüstü dinamiklərində də istifadə olunur.
1615 vatt gücündə olan Bowers & Wilkins Diamond Surround Sound sistemi BMW iX krossoverinin opsional avadanlıqlar siyahısına daxil edilib və 30 dinamikdən ibarətdir. Onlardan səkkizi ön və arxa baş dayaqlarına quraşdırılıblar.
Yüksək tezlikli səslərə cilalanmış paslanmayan poladdan toru olan iki “almaz” tviteri və üç alüminium qüvvəli dinamiklər cavabdehdirlər. Bu dinamiklər, qübbələrin arxa hissəsindən gələn səs dalğalarını yayan və təhrifi azaldan Nautilus spiral kanalları ilə təchiz edilirlər.
Sistem orta tezlikli beş dinamikə malikdir. Onların hamısı aramid lifindən hazırlanmış diffuzorlar ilə təchiz olunur və səsin keyfiyyətini yaxşılaşdırmaq üçün mümkün qədər yüksəkdə yerləşdirilirlər. Bundan əlavə, aşağı tezlikli iki mərkəzi dinamik və arxa oturacaqların altında yerləşdirilmiş iki sabvufer var.
Üstəlik, Bowers & Wilkins firması ilk dəfə olaraq bir avtomobildə 4D şeykerlərini və ya titrəyən dinamikləri quraşdırıb. Onlar ön oturacaqların altında yerləşirlər və hətta aşağı səsdə belə, basların mənimsənilməsini gücləndirmək üçün nəzərdə tutulublar. Şirkət bütün bu texnologiyaları ev akustik sistemlərində, eləcə də daxili yanma mühərriki olan avtomobillərdə sınaqdan keçiribdir.
Yeri gəlmişkən, Diamond Surround Sound sistemini alan ilk avtomobil, G11 nəsildən olan BMW 7 Series sedanı olub. Əlavə ödəniş qarşılığında, fıaqman sedanı çıxış gücü 1400 vat olan 10 kanallı gücləndiricisi, üç analoq krossoveri və 16 ədəd qismən işıqlandırılan dinamiklər ilə təchiz olunur. Eyni zamanda, iX krossoverində quraşdırılanlardan fərqli olaraq, sedanın dinamiklərini örtən torlar çoxsaylı Fibonaççi spirallarından ibarət olan maraqlı naxışa sahibdirlər
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.