BMW şirkəti iX3 elektrik krossoverinin növbəti tizerini dərc edərək, eyni zamanda onun təqdimat tarixini açıqlayıb. Elektrik krossoverinin təqdimatı 14 iyul tarixində onlayn şəkildə keçiriləcəkdir. Əslində, avtomobilin əsas parametrləri çoxdan bəllidir.
Artıq məlumdur ki, iX3 modeli beşinci nəsil eDrive texnologiyasını alacaq ilk BMW avtomobili olacaqdır. Yeni texnologiya elektrik mühərrikini, transmissiya, güc elektronikasını və NMC 811 batareyasını vahid modulda yerləşdirməyə imkan verir.
Krossover arxa oxda quraşdırılmış elektrik mühərriki ilə təchiz ediləcəkdir. Güc qurğusu 286 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. 74 kilovat-saatlıq batareya sayəsində krossover 440 kilometr (WLTP) məsafə qət edəcəkdir.