BMW şirkəti yay aylarının sonuna qədər iX3 modelinin kütləvi istehsalına başlayacaqğını bəyan edib. Qlobal bazarda satılacaq elektrik krossoveri Çinin Lyaonin əyalətinin Şenyan şəhərində yerləşən BMW Brilliance Automotive birgə müəssisəsi tərəfindən buraxıılacaqdır. Müştərilər ilk krossoverləri bu il əldə edə biləcəklər.
Bu günə qədər BMW Brilliance Automotive zavodunun konveyerindən iki yüzdən çox seriyaöncəsi BMW iX3 krossoveri çıxıb. Son dörd həftə ərzində, resurs testlərinin bir hissəsi olaraq, konsernin mütəxəssisləri bu avtomobillərdə 340 saat və 7,700 km-dən çox məsafə qət ediblər.
Çin müəssisəsinin direktoru Robert Kusselin sözlərinə görə, krossover üzərində iş qrafik üzrə gedir: BMW iX3 modeli yayın sonunda seriyaya gedəcək və əsas marka altında istehsal olunan ilk elektrik modeli olacaqdır. Əvvəllər batareyalı bütün BMW modelləri i xəttinin bir hissəsi idi. BMW iX3 modelinin buxarılmasının sürətləndirməyə onun adi X3 modeli ilə unifikasiya edilməsi və modellərin bir konveyer xəttində yığılması sayəsində nail olunub.
BMW iX3 elektrokarı BMW X3 krossoverinin əsasında yaradılan bir modeldir. Seriyaya gedəndən sonra işə, alman markasının tarixində bütün güc qurğuları ilə təchiz edilən ilk avtomobili olacaqdır: benzin, dizel, hibrid və tam elektrik. BMW iX3 beşinci nəsil BMW eDrive sistemi ilə təchiz olunur . Yüksək gərginlikli dartma batareyası sayəsində elektokar təxminən 440 kilometrlik yürüyüş edə biləcəkdir.