BMW şirkətinin Yaponiyadakı nümayəndəliyi 7-Series bayraqdar modelinin Celebration Edition İndividual adlı xüsusi variantını rəsmi olaraq təqdim etmişdir. Xüsusi avtomobilin buraxılışı alman istehsalçısının 100 illik yubileyinə həsr edilmişdir və bu avtomobillərdən cəmi 70 nüsxə istehsal ediləcəkdir. Xüsusi modelin əsasını Bavariyalı istehaslçının 750Li xDrive modifikasiyası təşkil edir. Yeni sedan kuzovun xüsusi boyası və nadir 20-düymlük tökmə disklərlə seçiləcəkdir. Xüsusi bayraqdar modelinin avadanlıq siyahısına BMW Individual kataloqundan olan çoxsaylı tərtibat elementləri daxildir.
BMW 7-Series Celebration Edition Individual «yubiley» sadanlarının satış qiyməti 18,8 milyon yen (254900 manat) təşkil edəcəkdir. Avtomobilin baza təchizatına panoram lyuk, altı çaları olan işıqdiodları ilə ətrafın işıqlandırılması, 1400 vatt gücü və 16 dinamiki olan yüksək kefiyyətli Bower&Wilkins səs sistemi daxildir.
Avomobilin salonu demək olar ki, parktiki olaraq yüksək kefiyyətli Merino dərisi ilə üzlənmişdir. Bundan başqa avtomobillərin təchizatına sərnişinlərin rahatlığını təmin edən çoxsaylı sistemlər daxil edilmişdir.
BMW 750Li xDrive modeli 450 at qüvvəsi və 650 Nm fırlanma anına malik olan V8 mühərriki ilə hərəkətə gəlirlər. Yerindən 100 km/saat həddinə qədər sürətlənməyə BMW 750Li xDrive modeli 4,7 saniyə sərf edir. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat səviyyəsində məhdudlaşdırılmışdır.