BMW şirkəti yeni mövsümdə DTM çempionatında iştirak edəcək pilot tərkibini elan edib. Gələn il Bavariya komandasında iki debütant çıxış edəcəkdir.
Mercedes və Audi komandası kimi bavariyalılar da altı pilotla yarışmağa davam edəcəkdir. BMW Team RMG komandasının tərkibi dəyişilməz qalıb: bunlar Marko Vittmann, Timo Qlok və Auqusto Farfusdur.
RBM komandasında isə əvvəlki pilotlardan yalnız Bruno Spenqler qalır. Tom Blomkvist və Maksim Marten seriyanı tərk etmək qərarına gəliblər. Onları F3 seriyasının pilotu Coel Eriksson və GT çempionatının iştirakçısı Filipp Enq əvəz edəcəkdir.
Coel Eriksson
Filipp Enq