BMW şirkəti akkumulyator batareyaları texnologiyalarının inkişafı mərkəzini (BMW Group Battery Cell Competence Centre) yaradıldığını bəyan edib. Yeni mərkəzin bünövrəsinin qoyulması mərasimi 24 noyabr tarixində keçirilib.
Alman istehsalçısı yaxın dörd il ərzində bu mərkəzə 200 milyon avro sərmayə qoymaq niyyətindədir. Yeni kompleks çoxsaylı laboratoriyalardan və istehsal yerlərindən ibarət olacaqdır. Yeni mərkəzdə 200 insan çalışacaqdır. Tikintinin başlanmasına xeyir-duanı BMW AG konserninin təqiqiat və işləmələr bölümünə başçılıq edən idarə heyətinin üzvü Klaus Fryolix, istehsala cavabdeh olan idarə heyətinin üzvü Oliver Zisler və Bavariyanın iqtisadiyyat naziri İlze Ayqner verib.
Mərkəzin tədqiqatları perspektiv batareyaların kimyəvi tərkibinin və onların özəklərinin strukturunun yaxşılaşdırılmasına yönəldiləcəkdir. Eyni zamanda, batareyaların yüksək aşağı temperaturlarda, sürətli hərəkət zamanı və ekstremal şəraitlərdə fəaliyyəti öyrəniləcəkdir. Hazırda alman istehsalçısı beşinci nəsil e-drive (elektromotorlar, güc elektronikası, litium özəklər və batareya modulları) ötürmələrinin prototiplərini inşa edir. Bu işlər yeni mərkəzdə davam etdiriləcəkdir.