BMW şirkəti bu gün maraqlı bir tizer yayımlamışdır. Bu, gələn ay Las-Veqasda baş tutacaq istehlak elektronikası sərgisində (CES - Consumer Electronics Show) nümayiş etdiriləcək Vision Car konseptinin ön panelinin görüntüsüdür. Şirkət təmsilçiləri, yeni tizerin «gələcəkdə avtomobillərin daxili məkanının və istifadəçi interfeysinin necə olacağı» barədə təəssürat yaradacağını qeyd edirlər. Bavariyalılar yeni konsept barədə geniş məlumat verməsələr də, onun, AirTouch texnologiyası da daxil olmaqla, bir sıra yeni texnologiyalarla təchiz edildiyini bildirmişlər.
Avtomobil istehsalçısı, yeni texnologiyaların istifadəçiyə naviqasiya, əyləncə və rabitə sistemlərini jestlər vasitəsi ilə idarə etmək imkanı yaradacağını bildirir. Əslində, istifadəçi toxunuşla idarə edilən displeylərdən onlara toxunmadan istifadə etmək imkanı əldə etmiş olur.
AirTouch sistemi, mərkəzi konsol və daxildəki arxa görüntü güzgüsü araısında yerləşmiş müxtəlif vericilər vasitəsi ilə əl hərəkətlərini izləyəcək və yaddaşda saxlaracaqdır. Sistem yeni BMW 7-Series flaqmanındakı jestlərlə idarəetmə sistenimə bənzərlik daşısada, o daha mütərrəqi olacaq və üç ölçülü (3D) jestləri də həyata keçirmək imkanı verəcəkdir. Bundan əlavə, AirTouch sistemi sürücü və ön sərnişin üçün təsdiqləmə düymələrinə malik olacaqdır.
Yeni sistem cox qəliz görünə bilər, lakin BMW mütəxəssisləri onu «seçim etmək üçün lazım olan addımların sayını azaltdığını» bildirilər. Misal olaraq, telefon zəng etmək istəsəniz, sistem kontaktların və edilmiş son zənglərin siyahısını displeydə nümayiş etdirəcək ki, bu zaman seçim etmək üçün bir hərəkət bəs edəcəkdir.