BMW şirkəti "bərkgedən" CS xəttindən olan daha iki modelin hazırlanacağını təsdiq edib. “Bimmerpost” forumu BMW şirkətinin daxili sənədlərini əldə edib ki, bu sənədlərdə də G80 seriyasından olan M3 CS sedanının buraxılacağı barədə yazılıb. Avropa üçün iki versiya (sol və sağ sükan ilə), ABŞ üçün isə bir modifikasiya nəzərdə tutulub. Bütün M3 CS modelləri M xDrive transmissiyasını və 550 at qüvvəli S58 turbomühərrikini lacaqlar. Eyni zamanda, M bölməsinin rəhbəri Frank van Mil BMW M4 CS layihəsinin də diqqət mərkəzində olduğuna işarə edib.
Bavariya brendinin M bölməsinin rəhbəri BMW Blog nəşrinə verdiyi müsahibədə hardkor M4 CSL kupesinin buraxılmasına baxmayaraq, “bərkgedən” yığcam kupelər cərgəsində hələ də boş yerin olduğunu bildirib. Bu isə o deməkdir ki, hardkor model çeşidinin genişlənməsi yalnız zaman məsələsidir.
İnsayderlər hesab edirlər ki, M4 CS və M3 CS texniki baxımından unifikasiya ediləcəklər – bir sözlə, hər iki xüsusi versiya yalnız tam ötürmə sistemi və avtomatik transmissiya ilə əlçatan olacaqlar. Həmçinin bu modellərdə karbon lifndən daha geniş istifadə ediləcəyini gözləmək olar. Frank van Milin proqnozunun əksinə olaraq, yeni M modelləri “yüngülləşəcəklər”. Bununla belə, qənaət nəzərəçarpacaq dərəcədə olmayacaqdır: BMW Blog nəşrinə görə, 40 kiloqramdan çox çəki “atmaq” mümkün deyil.
BMW M3 CS sedanı gələn ilin martında konveyerə çıxmalıdır, ona görə də hardkor sedanın təqdimatına az qaldığını söyləmək olar. M4 CS kupesinə gəldikdə isə, onu bir qədər gözləmək gərəkdir, çünki eyni vaxtda texniki cəhətdən oxşar CS, CSL və 3.0 CSL kupelərinin buraxılması məntiqsiz olardı.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.