Gələn il BMW M GmbH bölməsi özünün 50 illik yubileyini qeyd edəcəkdir. Bölmə 24 may 1972-ci ildə zavod idman komandası qismində yaradılıb və ilk zamanlarda BMW Motorsport adlanırdı. İndiki qısaldılmış ad rəsmi olaraq 1993-cü ildən istifadə olunur. Keçən 50 il ərzində bölmə ciddi şəkildə böyümüş və dünyada avtomobil idmanındakı iştirakı ilə deyil, güclü yol avtomobillərinin istehsalçısı kimi tanınmışdır.
Yubiley ilində BMW M bölməsi bir neçə vacib yeniliyi təqdim etməlidir. Bunlar - BMW M Touring universalı, yeni 2 Series ailəsinin ən ekstremal üzvü olan BMW M2 kupesi, habelə BMW XM krossoveridir. Sonuncu bir neçə gün sonra konsept avtomobili statusunda debüt etməlidir. Bu konsept ilk M-hibridi və M bölməsinin tarixindəki “mülki” versiyada buraxılmayan ikinci orijinal avtomobil olacaqdır. İlk belə avtomobil 1978-1981-ci illərdə buraxılmış ortamühərrikli BMW M1 kupesidir.
Lakin BMW M GmbH bölməsi bayram tədbirlərinə indidən hazırlaşmağa başlayıb. Məsələn, M modelləri üçün, 1972-1987-ci illərdə yarış avtomobillərində istifadə edilmiş klassik BMW Motorsport emblemi təklif olunur. Bu emblemdə ənənəvi “propeller” mavi, göy, və qırmızı sektorlarla əhatə olunub. Bu rənglər sonradan bölmənin firma rənglərinə çevrilib və bu günə qədər üslublaşdırılmış ///M emblemində istifadə olunur.
Retroemblemləri 2022-ci ilin mart ayından başalayaraq avtomobillərdə quraşdıracaqdırlar. Üstəlik, belə emblemləri təkcə tam ölçülü M-modellərində deyil, həmçinin M Sport paketinə malik olan adi BMW avtomobillərində də quraşdırmaq olar. Bundan başqa, bir sıra M modelləri üçün keçən illərin rəng palitrasından olan 50 çalar əlçatan olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.