BMW şirkəti yeni LMDh kateqoriyası üçün hazırladığı M Hybrid V8 sportprototipini "döyüş" livreyasında nümayiş etdirib. Sportprototip Dallara şassisinə əsaslanır və 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir.
Avtomobilin ən maraqlı detalı nəhəng “burun dəliklərinin” işıqlandırmasıdır. Burada adi işıqdiodlarından daha yüngül olan, lakin daha parlaq və rəvan işıqlandırmanı təmin edən “lazerlə həyəcanlanan nanoaktiv optik liflərdın” istifadə olunub.
Yayda nümayiş etdirilmiş prototipdən fərqli olaraq, cari BMW M Hybrid V8 sportprototipi rəngarəng kamuflyaja deyil, BMW M rənglərində mücərrəd naxışı olan yarış livariyasını “geyinib”.
Son 25 ildə ilk BMW M Motorsport prototipi olan yarış avtomobili Dallara şassisi üzərində inşa edilib və Otto dövrü üzrə işləyən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz olunub. Güc qurğusunun hasilatı təxminən 640 at qüvvəsi və 650 Nm fırlanma anı təşkil edir. Hibrid üstqurum bu gücü 680 at qüvvəsinə qədər artırmağa imkan verir.
Sportprototipin liveriyasını xüsusilə qeyd etmək gərəkdir. O, digər yarış avtomobillərinin livreyası ilə müqayisədə üçdə bir dəfə yüngüldür - BMW mütəxəssisləri qara səhtlərə örtük yapışdırmaqdan imtina ediblər.
"Döyüş" prototipinin belə səhtləri “çılpaq" karbonplastikdən ibarət olacaqdır. Çəkiyə qənaətin (cuzi olsa da) başqa bir yolu isə, İsveçrənin L.E.S.S. firması tərəfindən təklif edilən radiator barmaqlığının işıqlandırmasıdır. Burada parlaq və rəvan işıqlandırmanı təmin edən "lazerlə həyəcanlanan nano-aktiv optik lifdən" istifadə olunur.
Məşhur "Hofmeister əyrisini" ipucu olmadan tapmaq çox çətindir - o, ön təkərlərin arxasındakı hava yönləndirəcilərində gizlədilib. Avtomobil LMDh sinifinin qaydalarına uyğun olaraq inşa edildiyi üçün, FIA World Endurance və IMSA WeatherTech SportsCar çempionatlarında iştirak edə bilər.
Bu çempionatlarda BMW sportprototipi Lamborghini, Porsche, Acura, Cadillac və Alpine avtomobilləri ilə rəqabət aparacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.