Bavariyalı idman avtomobilləri istehsalçısı olan BMW şirkəti bu il keçiriləcək MotoGP çempionatında təhlükəsizlik avtomobili vəzifəsini yerinə yetirəcək avtomobili təqdim etmişdir. Bu avtomobil xüsusi olaraq hazırlanmış BMW M2 kupesidir. Əvvəllər bu çempionatda təhlükəsizlik avtomobili kimi BMW M4 modeli çıxış edirdi. Yeni «Safety Car» ənənəvi olaraq BMW M Performance bölməsi tərəfindən hazırlanmış aerodinamik kuzov dəstı təchiz edilmiş və bavariyalı yarış avtomobillərinə xas olan döyüş çalarlarına boyanmışdır. Aerodinamik dəstin tərkibinə karbonla gücləndirilmiş plastikdən hazırlanan ön splitter və nizamlana bilən arxa antiqanad daxildir.
Peys-kar karbon-saxsı əyləc mexanizmləri, idman asqısı və Michelin Cup şinləri ilə təchiz edilmişdir. Bundan əlavə, avtomobil yarış oturacaqları, altınöqtəli təhlükəsizlik kəmərləri və işıq texnikasını idarə etmək üçün xüsusi panellə təchiz edilir.
Bərkgedən kupe texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdır. «Qaynar» kupe 3,0-litrlik ikiqat turbokompressorlu altı silindirli mühərrik ilə hərəkətə gəlir. Güc aqreqatını göstəriciləri 370 at qüvvəsi və 465 Nm fırlanma anıdır. Kupe saatda 100 kilometr sürətini 4,3 saniyəyə toplayır.
MotoGP çempionatının ilk yarışı mart ayının 20-də Qətərdə baş tutacaqdır. Yarış seriyasının fəaliyyətdə olan çempionu Xorxe Lorensodur.