İspaniyanın km77.com nəşri, BMW M235i (F44) modelinin “sığır tesləri” zamanı çəkilmiş videoçarxı yayımlayıb. Maraqlısı odur ki, alman sedanı bu testlərdən 68 km/saatlıq nəticə ilə ayrılıb. Bu isə, öz növbəsində, avtomobilin uğursuzluğa düçar olduğundan xəbər verir.

Jurnalistlərin bildirdiyinə görə, yeni BMW M235i Gran Coupe modeli kəskin yerdəyişməni 68 km/saat  sürəti ilə həyata keçirə bilib. Sürətin 77 km/saata artırılması ilə, alman sedanı ön təkərlərin yol səthi ilə kifayət qədər ilişməsinin olmadığını nümayiş etdirib və buna görə də, avtomobil mütəmadi olaraq quraşdırılmış konusları vuraraq yıxıb. Sürətin tədricən artması traektoriyanın kəskin dəyişməsi zamanı arxa oxun sürüşməsinə səbəb olub. Belə nəticələrin əldə edilməsində, sedanın təchiz edildiyi sərt Bridgestone Turanza T005 şinlərinin də xidməti vardır.

Mütəxəssislərin fikrincə, bu nəticə "sığır testlərinin" tarixindəki ən pis nəticələrdən biridir. Bu göstəriciyə görə, yeni BMW M235i modeli, hətta yüksək ağırlıq mərkəzinə malik olan krossoverlərdən belə geridə qalıb. Məsələn, Hyundai Kona Electric elektrik krossoveri bu sınaqlardan 74 km/saat  nəticəsi ilə ayrılıb. Renault Captur modeli isə manevrləri 75 km/saat , Kia Xceed isə 76 km/saat  sürətilə həyata keçirib. Tesla Model 3 elektrokarının qeydə aldığı sürət həddi 83 km/saat olub.

Avtomobillər üçün ən çətin sınaqlardan biri olan “sığır testi”, onların yüksək sürətdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu manevrləri konuslara toxunmadan həyata keçirməlidir. “Uğursuzluq” dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Yaxşı nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 70 km/saat sürəti ilə keçməsi gərəkdir.