BMW M3 modelinin ekstremal variantı olan BMW M3 CS sedanı Nürburqrinqin "Yaşıl Cəhənnəm" adlanan hissəsini 7 dəqiqə 38 saniyəyə başa vurub.
Xatırladaq ki, 550 at qüvvəli Porsche Panamera Turbo liftbeki də Şimal ilgəyini eyni zamanla keçmişdi. Bu barədə məlumat YouTube kanalında yayınlanmış videoçarxda verilib. Bərkgedən sedan BMW M4 CS kupesindən 1 saniyə və Nürburqrinqin ən yeyin sedanı olan Alfa Romeo Giulia Quadrifoglio modelindən isə 6 saniyə yavaş qət edib. Hələlik BMW M3 CS sedanının vurduğu dövrənin video yazısı dərc edilməyib.
BMW M3 CS sedanı adi M3 modelinin təchiz edildiyi 3,0-litrlik altı silindrli turbomühərrik ilə təchiz edilib.
Adi sedanda bu mühərrik 431 at qüvvəsi, Competition Package modifikasiyasında – 450 at qüvvəsi, CS variantında isə, 460 at qüvvəsi hasil edir. Güc aqreqatı yalnız yeddi diapazonlu iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə birlikdə çalışır. Ekstremal sedan üçün mexaniki ötürmələr qutusu təklif edilmir. Yerindən 100 km/saat həddinə ekstremal sedan 3,9 saniyəyə sürətlənir.
Standart olaraq M Driver’s Package idman dəstinə malik olan sedanın maksimal sürəti elektronika tərəfindən 280 km/saat həddində məhdudlaşdırılıb.