Növbəti nəsil BMW M3 sedanı 2021-ci ildə təqdim olunacaqdır. “Bərkgedən” sedan bir sıra mütərəqqi sistemlərə sahib olacaq və cari mühərrikin təkmilləşdirilmiş variantı ilə təchiz ediləcəkdir.

"Car" nəşrinin yerdiyi məlumata əsasən, “bərkgedən” sedan yanacaq qarışığının yanmasını yaxşılaşdıran giriş kollektoruna su çiləmə sistemini əldə edəcəkdir. Bu texnologiya artıq cari nəsil M4 kupesində tətbiq edilir. Növbəti nəsil M3 modelinin mühərriki 500 at qüvvəsinə malik olacaqdır. Güc aqreqatı altı pilləli mexaniki və yaxud səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

Ehtimallara görə, “qaynar” sedan qoşulan tam çəkiş sistemini də əldə edəcəkdir. Mexaniki qutu ilə təchiz edilən avtomobillər isə, yalnız arxadan çəkişli olacaqdırlar. Eyni zamanda, istehsalçı avtomobilin konstruksiyasında alüminium və kompozit materiallardan geniş istifadə edəcəkdir ki, bu sedanın çəkisini ciddi şəkildə azatlmağa imkan verəcəkdir.

Yeni nəsil M3 sedanının təchizatına 48 voltluq elektrik şəbəkəsi, elektrik ötürməli kompressorlar, mikrohibrid texnologiyaları, əyləclərin elektrik ötürməsi, adaptiv amortizatorlar və arxa differensialın qapanması daxil olacaqdır.

Bununla belə, sedan aktiv köndələn dayanıqlılıq stabilizatorlarına, pnevmatik asqıya və aktiv aerodinamkaya malik olmayacaqdır.