BMW M3 Touring modelini istehsalını artırıb və M3 Touring CS superuniversalını hazırlayır M bölməsinin rəhbəri Frank van Mil “Bimmer Today” nəşrinə verdiyi müsahibəsində, şirkətin “bərkgedən” universala belə yüksək tələbatın olacağını gözləmədiyini bildirib.

Top menecer universalın istehsalının artırıldığnı da təsdiqləyib. BMW Blog portalı bavariyalıların hardkor M3 CS Touring versiyasını sınaqdan keçirirdiklərini iddia edir. Bununla belə, onun debütü yalnız zavodda sərbəst istehsal gücü olduqda baş tutacaqdır.

BMW M3 Touring

BMW M3 Touring ötən ilin sentyabrında konveyer xəttinə çıxıb və onun tirajının məhdud olmasına baxmayaraq, Frank van Mil sifarişi gecikdirməməyi məsləhət görür. Məsələ ondadır ki, istehsalın artırılmasına baxmayaraq, sifarişin yerinə yetirilmə müddətinin azaldılmasından söhbət belə gedə bilməz!

“Bərkgedən” universala olan yüksək tələbat, Bavariya istehsalçısını onun daha ekstremal CS versiyasını hazırlamağa məcbur edib.

BMW M3 CS

İnsayderlər universalın hardkor versiyasının istehsalına hələlik yaşıl işıöın yandırılmadığını bildirsələr də,  M3 CS Touring modeli 2024-cü ildə peyda ola bilər. Bu halda, M3 Touring CS texniki hissəni eyniadlı sedandan miras ala bilər: bu isə, 550 at qüvvəli güc qurğusu və karbonplastikdən hazırlanmış kuzov dəsti deməkdir.

“Bərkgedən” universallara olan yüksək tələbat BMW şirkətinin xeyrinədir, çünki benzin, hibrid və elektrik güc qurğuları ilə təchiz ediləcək M5 ailəsi artıq yoldadır. Ən güclü və ən sürətli 5 Series modeli iki kuzov növü ilə təklif ediləcək, zahiri cəhətdən isə, benzin və batareyalı modellər demək olar ki, seçilməyəcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.