Çoxdan gözlənilən BMW M3 Touring modelinin təqdimatı iyunun 23-də Qudvud Sürət Festivalında baş keçirilməlidir. “Bərkgedən” universal First Glance paddokunda nümayiş olunacaq, həmçinin ənənəvi yüksək sürətli təpəyə qalxmada iştirak edəcəkdir.
BMW şirkəti öz tarixindəki ilk M3 Touring universalının dünya təqdimatına hazırlıqları davam etdirir. Söhbət, əlbəttə ki, seriya avtomobildən gedir, çünki hələ 2000-ci ildə E46 sedanına əsaslanan M3 Touring Concept universalı təqdim edilmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, “bərkgedən” universalın təqdimatı iyunun 23-də Qudvud Sürət Festivalında keçiriləcəkdir. Özü də, “bərkgedən” universal üç variantda nümayiş etdiriləcəkdir: adi M3 Touring modeli, M Performance Parts kataloqundan götürülmüş detallar ilə təchiz edilmiş versiya və MotoGP çempionatının təhlükəsizlik avtomobili.
BMW M3 Touring universalının texniki cəhətdən Competition versiyalarında olan hazırkı M3 və M4 modellərini təkrarlayacağı gözlənilir. Bu o deməkdir ki, universalın kapotunun altında 510 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən malik 3,0-litrlik “biturboaltılıq”yerləşəcəkdir. Güc aqreqatı səkkiz pilləli Steptronic Sport “avtomatı” və xDrive tam ötürməsi ilə birlikdə çalışacaqdır. M3 adi 3 Series universaldan genişləndirilmiş təkər tağları, iri diffuzoru, “dördlüləli” buraxılış sistemi və Görni çəpərcikləri olan spoyler ilə fərqlənəcəkdir.v
Yenilənmiş “üçlükdə” olduğu kimi, M3 Touring modelinin də salonunda cihazlar panelinin12,3-düymlük və iDrive 8 media sisteminin 14,9 düymlük ekranlarını birləşdirən geniş formatlı əyri displey peyda olacaqdır. Transmissiyanın yeni “dəstəkciyi” isə, çox güman ki, yerini adi coystikə verəcəkdir. Əlbəttə ki, idman oturacaqları M3 Touring üçün standart olacaqdır. Opsiyalar siyahısına isə, yeni M4 CSL modelində olduğu kimi M Carbon kresloları və karbon-keramik əyləclər daxil ediləcəkdir.
BMW M3 Touring modelinin ən yaxın rəqibi Alpina B3 universalı ola bilər. 495 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli S58 mhüərriki ilə təchiz edilmiş Alpina universalı 100 km/saata 3,7 saniyəyə, 200 km/saata isə 12,7 saniyəyə sürətlənir. Onun maskimal sürəti 302 km/saatdır. Bununla belə, M3 sedanı 100 km/saat həddini toplamağa 3,5 saniyə sərf edir. M Performance dəstinə malik olan versiyanın maksimal sürəti 290 km/saatdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.