BMW şirkəti bərkgedən M3 və M4 modelləri üçün xüsusi Competition Package adlı idman dəstini təklif edir. Tətbiq edimiş yeniliklər nəticəsində «qaynar» kupe və sedanın mühərrikinin gücü 450 at qüvvəsinə qədər artırılmışdır. Yeni dəst, 3,0-litrlik ikiqat turbokompressorlu altı silindirli benzin mühərrikinin məhsuldarlığını 19 at qüvvəsi artmaq imkanı verir. Yeddi pilləli «avtomatla» birgə çalışan mühərrik, M3 və M4 modellərinə saatda 100 kilometr sürətini dörd saniyəyə toplamağa imkan verir. Bu əvvəlkindən 0,1 saniyə daha tezdir.
BMW M4 Convertible kabrioleti saatda 100 kilometr sürətini 4,3 saniyəyə toplayır. 431 at qüvvəli variant bu işə 4,4 saniyə sərf edir. Bundan əlavə, mexaniki sürətlər qutusu ilə təchiz edilmiş modellər də 0,1 saniyə yeyin olmuşlar. Competition Package dəstinin tərkibinə yeni yayları olan təkmilləşdirilmiş adaptiv asqı sistemi və köndələn dayanıqlıq stabilizatorları daxildir. Bundan başqa, aktiv arxa differensial və stabilləşdirmə sistemi də optimallaşdırılmışdır. Nəhayət, bavariyalı mütəxəssislər Comfort, Sport və Sport+ sürüş rejimlərinə əl gəzdirmişdirlər.
Sedan və kupe qara rəngli boruları və daha güclü səsi olan idman buraxılış sistemi, 20 düymlük xüsusi alüminum təkər diskləri və yüngülləşdirilmiş M-oturacaqlarla təchiz edilir. Yeni dəstlə təchiz edilmiş avtomobillərin qiyməti açıqlanmamışdır.