BMW şirkəti M4 modelinin yeni hardkor modifikasiyasının növbəti tizerini və modelə həsr olunmuç videoçarxı dərc edib. Hardkor versya Coupe Sport Lightweight (“Yüngül İdman Kupesi”) kimi açıqlanan CSL indeksini alacaqdır. M4 CSL kupesi adi modeldən gücləndirilmiş mühərriki, daha aqressiv görünüşü və yüngül kuzovu ilə fərqlənəcəkdir. Yeni ekstremal kupenin debütü mayın 20-dən 22-dək İtaliyada keçiriləcək Concorso d'Eleganza tədbiri çərçivəsində baş tutmalıdır.

Dərc olunmuş tizer, diqqəti avtomobilin ön və arxa işıq texnikasına, habelə kuzovun aşağı hissəsindəki qırmızı haşiyəyə yönəldən profildən çəkilmiş bulanıq şəklidir. Bildiyiniz kimi, BMW M4 CSL modeli zahiri cəhətdən ön bamperdəki hava girişlərinin forması, daha nəzərəçarpan splitteri, radiator barmaqlığındakı Y-şəkilli elementlər, geniş yan “ətəklər”, baqaj qapağındakı spoyler, yarış avtomobllərində olduğu kmi sarı rəngli gündüz hərəkət işıqları, arxa fənərlərin xüsusi naxışı və “dördlüləli” buraxılış başqa konfiqurasiyası ilə seçiləcəkdir.

Bu arada Bavariya istehsalçısı son sınaqlardan keçən kamuflyajlı idman avtomobilinin prototipi təsvir olunan videoçarxı da yayıb. Videoda avtomobilin mühərrikinin səsini eşitmək və Y formalı elementləri olan radiator barmaqlığı, müxtəlif hava girişləri olan alternativ ön bamper, daha böyük ön splitteri və yan ətəkləri, baqajın qapağındakı spoyleri, buraxılış sisteminin dörd borusunu görmək olar.

Artıq xəbər verdiyimiz kimi, 3,0-litrlik sıralı altısilindrli tvin-turbo mühərrkinin gücünün 510-dan 550 at qüvvəsinə qədər artırılması planlaşdırılır. Beləliklə, CSL indeksli modifikasiya M4 Competition versiyasından təxminən 10% daha məhsuldar olacaqdır. Bu mühərrik təkmilləşdirilmiş səkkiz pilləli “avtomat” ilə tandemdə çalışacaqdır.

Qeyri-rəsmi məlumatlara görə, BMW M4 CSL modelinin tirajı 2022-ci ilin iyulundan 2023-cü ilin fevralına qədər yığılacaq 1000 nüsxə ilə məhdudlaşdırılacaqdır. Bundan sonra növbə texniki cəhətdən yaxın olan M3 CS sedanının gəlib çatacaqdır. Bundan əlavə, güclü, lakin o qədər də yüngül olmayan M4 CS modelinin buraxılacağı da istisna edilmir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.