Yeni nəslin BMW 4 Series kupesi yayın əvvəlində debüt edib. “Bərkgedən” M4 modifikasiyasının təqdimatı isə 23 sentyabr tarixində baş tutacaqdır. Bununla belə, Bavariya təmsilçisi "bərkgedən" kupeyə marağı artırmaq üçün əlindən gələni edir: bu gün alman istehsalçısı yüngül kamuflyaj örtüyünə malik olan kupenin şəkillərini dərc edib. Bu şəkillərdə kupe, onun bazasında GT3 kateqoriyası üçün hazırlanmış yarış avtomobili ilə birlikdə təsvir olunub.

BMW M4 GT3

BMW M4 GT3 modelinin kapotunun altında orijinal kupedən götürülmüş, təkmilləşdirilmiş altısilindrli biturbomühərrik yerləşəcəkdir. Rəsmi şəkillərə baxsaq, yarış avtomobilinin böyüdülmüş təkər tağları, digər dayağı və kapotu, radiator barmaqlığı və ön sağ təkərin arxasında yerləşdirilmiş buraxılış sisteminin borusu olan ciddi şəkildə dəyişdirilmiş kuzov dəsti ilə təchiz edildiyini görərik.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW M4 GT3 modelinin döyüş debütü gələn il reallaşacaqdır. Avtomobilə sifarişlər 2022-ci ildə qəbul ediləcəkdirlər. Üstəlik, M4 GT3 modeli köhnəlmiş M6 GT3 modelini əvəz edəcəkdir. Yeri gəlmişkən, yeni nəsil M4 kupesi ilə birlikdə BMW M3 sedanı da təqdim edəcəkdir.