Amerikanın VIRginia International Raceway trekində yarış həftəsonu çərçivəsində yeni BMW M4 GT4 yarış avtomobilinin ictimai debütü baş tutub. BMW M Motorsport mütəxəssisləri M4 modelini GT4 kateqoriyasının tələblərinə uyğunlaşdırmaq üçün minimal dəyişiklikləri həyata keçiriblər. SRO promosyon təşkilatı tərəfindən homologasiyadan keçdikdən sonra, BMW M4 GT4 modeli 2023-cü il mövsümündə dünya üzrə bütün GT4 çempionatlarında iştirak edə biləcəkdir.

Yeni BMW M4 GT4 modeli adi M4 kupesindən alınmış 3,0-litrlik benzin turbomühərriki ilə təchiz edilib, lakin onun gücünü avtomobilin iştirak edəcəyi çempionatın texniki reqlamentindən asılı olaraq 550 at qüvvəsi diapazonunda tənzimləmək olar.

Mühərrik avtoidman üçün uyğunlaşdırılmış 7-pilləli ZF avtomatik transmissiyası və Drexler məhdud sürütünməli diferensialı ilə birlikdə çalışır. Avtomobilin asqısı tənzimlənən köndələn dayanıqlılıq stabilizatoru, sərtliyi tənzimlənən H&R yayları və KW Motorsport amortizatorları ilə təchiz edilir. Əyləc mexanizmləri isə təkmilləşdirilmiş soyutma sistemini alıblar.

Kupe karbon lifi və gücləndirilmiş təbii lifindən hazırlanmış Bcomp plastikindən olan aerodinamik kuzov dəstini alıb. Avtomobilin baza təchizatına kondisioner və qızdırılan ön şüşə, 10 tənzimləmə variantı olan. dartmaya nəzarət sistemi və çoxfunksiyalı Fanatec GT4 sükan çarxı daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, xüsusi proqram təminatı olan noutbuku qoşmadan yarış kupesinin əksər sazlamalarını həyata keçirməyə imkan verən M Track Cockpit sistemi də mövcuddur. Komandaların yeni mövsümə hazırlaşmasına imkan yaratmaq üçün, BMW M4 GT4 kupesinin müştərilərə çatdırılmasına 2022-ci ilin oktyabrında başlanacaqdır. Sportkarın qiyməti 187 min avrodan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.