Yeni nəsil BMW M5 sedanı Ginnessin yeni rekorduna imza atıb – sedan dayanmadan səkkiz saat dirf edib. Bununla belə, avtomobil yanacaq doldurmaq üçün dayanmayıb.
Artıq qeyd etdiyimiz kimi, alman şirkəti bu rekordu həyata keçirmək üçün hərəkət zamanı yanacaq doldurmağa imkan verən xüsusi sistemi hazırlayıb. Yeyin yanacaq doldurma sistemi 50 saniyə ərzində 70 litr yanacaq doldurmağa şərait yaradıb.
Səkkiz saat ərzində sedan Cənubi Karolinadakı (ABŞ) BMW Performance Center trekində iki minsən çox dövrə vurub. Avtomobil cəmi 374,17 kilometr qət edərək, Toyota GT86 kupesi tərəfindən qeydə alınan məsafəni 209,5 kilometr yaxşılaşdırıb.