BMW M5 modelinin təqdim olunmasına bir gün qalmış internet şəbəkəsində "qaynar" sedanın cəsus şəkilləri peyda olub.
"Qaynar" sedan adi modeldən ön baçperin tərtibatı, diffuzor və biraxılış sisteminin dörd borusu, həmçinin başqa təkər diskləri və yan güzgülərin forması ilə fərqlənir. M5 modelinin interyerində iki qırmızı M-düymələri olan yeni sükan çarxı, yeni oturacaqlar və ötürmələr qutusunun başqa selektoru quraşdırılıb. Əvvəl də qeyd edildiyi kimi, yeni M5 sedanı səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir.
Modelin sələfi iki muftalı robotlaşdırılmış transmissiya ilə təklif edilirdi. Bundan başqa, qaynar sedan ön oxu tamamilə ayırmağa imkan verən tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.
M5 modelini 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki hərəkətə gətirəcək. Aqreqatın gücünün 600 at qüvvəsi və 700 Nm olacağı ehtimal edilir.