BMW şirkəti yeni tarixindəki ən radikal addımı atmağa hazırlaşır. Britaniyanın Car dərgisinin yazdığına görə, yeni nəsil BMW M5 idman sedanı iki variantda təklif ediləcəkdir: təkrar doldurulan hibrid və tam elektrik. Söhbət G60 indeksinə sahib olacaq 5 Series sedanından gedir: modelin mülki versiyası 2023-cü ildə, M5 modifikasiyası isə bir il sonra debüt edəcəkdir. Hibrid M5 sedanı tərkibinə V8 mühərriki və elektromotor daxil olan 780 at qüvvəli hibrid güc qurğusuna malik olacaqdır - bu güc qurğusu təqdimatı gözlənilən BMW X8M krossoverində debüt edəcəkdir.
Lakin, M5 modelinin sırf elektrik ötürməsi ilə hərəkətə gələn versiyası da olacaqdır. Elektrokar paket tipli akkumulyatorlardan ibarət olan 135 kilovatlıq batareyaya, həmçinin hər birinin gücü 250 kilovat olan üç elektrik mühərrikinə sahib olacaqdır. Elektrik güc qurğusunun ümumi hasilatı 1020 at qüvvəsi təşkil edəcəkdir. Eelktromotorlardan ikisi arxa tərəfdə, biri isə ön tərəfdə yerləşəcəkdir ki, bu da dartma vektorunun idarə olunmasını təmin edəcəkdir.
Konstruktorlar qarşısında duran əsas məsələ avtomobilin 100 km/saat həddinə ,2,9 saniyədən çox olmamaq şərti ilə, sürətlənməsini təmin etməkdir. Bu o qədər də iddialı görünmür, çünki Tesla Model S hazırda bu işə təxminən 2,4 saniyə sərf edir. Dinamikadakı itkini elektrik mühərriklərinin gücünün az olması ilə deyil, paket tipli batareyalardan istifadə ilə izah etmək olar. Nəşrin yazdığına görə, BMW səhvini etiraf edir, lakin layihədə dəyişiklik etmək üçün çox gecdir.
Maraqlıdır ki, M5 elektrokarı BMW i8 hibridinin varisi hesab edilən elektrik hiperkarının yerini tutacaqdır. Hiperkarın hazırlanmasına başlanılsa da, onun həddən ziyadə baha başa gəlməsi, alman istehsalçısını bu layihəni bağlamağa məcbur edib.
Mənbə: Car