BMW şirkəti yeni M5 Touring modeli üçün Original BMW Accessories hissələri dəstini hazırlayıb ki, bu da “bərkgedən” universala fərdilik qatacaq və çox güman ki, onu vizual olaraq yüngülləşdirəcək. Bütün komponentlər karbon lifi ilə gücləndirilmiş plastikdən hazırlanıb, yeganə istisna antenna qapağıdır – o, aramiddəndir. Dəstə arxa diffuzor, buraxılış sisteminin karbon-titandan ucluqları, aerodınamik “bıçaqlar”, splitter, yan güzgü korpusları və Frozen Black etiketləri daxildir.

M5 Touring universalı üçün həmçinin yanacaq çəninin karbonplastikdən qapağını, dekorativ tikişli M Performance ayaqaltılarını, açar üçün dəri və alkantaradan çexolu, habelə gücləndirilmiş tutacaqları olan təkər çexollarını sifariş etmək olar. Texniki hissədə heç bir dəyişiklik yoxdur. Xatırladaq ki, “bərkgedən”  universal 727 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edən hibrid güc qurğusu və 22,1 kilovat/saatlıq dartma batareyası ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hibrid səkkiz pilləli avtomatik transmissiyaya, aktiv arxa differensiallı olan M xDrive tam ötürümə sisteminə malikdir. Standart təchizata adaptiv amortizatorlar və arxa təkərləri döndərmə mexanizmi daxildir. Universal 100 km/saata 3,6 saniyəyə sürətlənir (sedandan 0,1 saniyə çox). Maksimal sürət - 250 və ya 305 km/saat ola bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.