BMW şirkəti yeni M8 modeli haqqında bir sıra texniki məlumatı yayıb. 8-Series ailəsinin flaqmanı olan M8 modeli «bərkgedən» M5 sedanından götürülmüş tam çəkiş sisteminə, şassinin xüsusi tənzimləmələrinə, aktiv M-differensialına və üç kuzov növünə sahib olacaqdır. BMW M8 Coupe modelinin satışlarına gələn il başlanılacaqdır.
M8 modeli adi 8-Series modelləri kimi CLAR modul platformasında inşa edilibdir. Avtomobil öndə ikiqollu, arxada isə çoxqollu asqıya sahibdir. «Bərkgedən» kupenin ön təkər izi genişlənmiş, rezin birləşmələrin və stabilizatorların sərtliyi artırılıbdlr. M5 sedanından alınmış elektromexaniki sükan sistemi də yeni modelin xüsusiyyətlərinə uyğunlaşdırılıbdır. Kupe daha aşağı ağırlıq mərkəzinə və çəkinin oxlar arasında 50:50 nisbətində paylanmasına malikdir.
BMW M8 elektronika idarələnən amortizatorları olan adaptiv asqıya, aktiv M-differensialına, fırlanma anını oxlar arasında dinamik şəkildə bölüşdürən xDrive tam çəkiş sisteminə, öndə 295 millimetrlik diskləri və altıporşenli supportlara, arxada isə 380 millimetrlik disklərə və üzən supportlara malik M-əyləc sisteminə sahibdir. Opsional olaraq 400 və 380 millimetrlik diskləri olan karbon-saxsı əyləc mexanizmlərini də sifariş etmək olar.
M8 modeli 600 at qüvvəsinə yaxın gücə malik olan 4,4-litrlik V8 tvin-turbo mühərriki ilə hərəkətə gəlir. Mühərrik təkmilləşdirilmiş giriş kollektoruna, trekdə hərəkət zamanı yaranan istilik yükləməsinə tab gətirən xüsusi soyutma sisteminə, həmçinin idarələnən çəpərcikləri olan buraxılış sisteminə malikdir. Modelin dinamik xarakteristikaları açıqlanmayıb.
İlkin olaraq, satışa BMW M8 Coupe modeli çıxacaqdır. Ondan sonra isə M8 Cabriolet və M8 Gran Coupe imodelləri şıq üzü görəcəkdir.