BMW şirkəti «bərkgedən» M8 modelinin yeni nəsli barədə məlumatı dərc edib. «Bərkgedən» kupe həm standart, həm də Competition hardkor versiyasında təklif ediləcəkdir. Kupe və kabrioletdə vakkum əyləclərindən imtina ediləcəkdir. Onları sistemdə təzyiqi və gücü tənzimləyən xüsusi elektrik aktuatorlar əvəzləyəcəkdir.
Marka nüməyəndələdi yeni «elektron» əyləc sisteminin xüsusi olaraq M-modelləri üçün hazırlandığını bildirirlər. Bu sistem həm standart «metal», həm də karbon-saxsıdan hazırlanmış əyləclər üçün uyğundur. Aktuatorlar əyləclərin daha incə tənzimləməsini, daha yaxşı əks əlaqəni və ümumi iş sürətini təmin edirlər. Bunun sayəsində nəinki əyləc sistemi pedalın basılmasına yeyin reaksiya verir, o həmçinin yardımçı elektronikanın da yeyin işə düşməsinə rəvac verir. Bundan başqa, vakkum gücləndiricisindən imtina avtomobilə iki kiloqram çəki artmağa imkan verib.
Əyləc sisteminin tənizmləmələri və pedaldakı güc seçilmiş hərəkət rejimindən (Comfort və ya Sport) asılı olraq dəyişir. Bundan baqşa, BMW M8 mərkəzi konsolda quraşdırılmış Setup düyməsinə də sahib olacaqdır ki, bu düymə vasitəsi ilə avtomobilin daha dəqiq tənzimlənməsi menyusunu çağırmaq mümkün olacaqdır. Bununla bərabər ənənəvi M-rejimi də təkmilləşdiriləcəkdir. Bu menyuda nəinki avtomobilin tənizmləmələri daha idman tənizmləmələrinə keçəcək, həmçinin cihazlar panelində və proyeksiya displeyində əks etdirilən məlumatın xarakteri də dəyişəcəkdir.